Cəbhədən Xəbər 

Rüsvayçılıq və şərəfsizlik: “Caliber”in azad edilmiş Hadrut qəsəbəsindəki tapıntısı” – VİDEO

“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb. Layihənin “Youtube” hesabında yerləşdirilən “Rüsvayçılıq və şərəfsizlik: “Caliber”in azad edilmiş Hadrut qəsəbəsindəki tapıntısı” adlı materialda eksklüziv görüntülər yer alıb. Belə ki, qəsəbədə yerləşən “158 nömrəli” evdə ermənilərin hərbi əməliyyatlar zamanı gizlənmək üçün istifadə etdikləri dəliklər tapılıb. Ermənilərin Azərbaycan ordusu qarşısındakı qorxusu onları Füzuli istiqamətindəki döyüş mövqelərində olduğu kimi yaşayış evlərində belə özlərinə gizlənmək üçün dəliklər qazmağa vadar edib. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Xocalı və Xocavənd istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun və Vətən müharibəsi şəhidləri İbrahim Əliyevin, Səid Ədilovun, Elməddin Hüseynzadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin şərəfli ömür və…

Read More
Cəbhədən Xəbər 

Helikopterlərlə uçuş məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər. Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub – RƏSMİ

Azərbaycan Ordusunun Xocavənd rayonunun  Tağaverd kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.   Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.   Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.    

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirdi – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb. General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib. Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub,…

Read More
Cəbhədən Xəbər 

MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır

Müdafiə Nazirliyi (MN) Azərbaycan hərbi qulluqçularının erməniləri guya atəşə tutması barədə yaydığı məlumatı təkzib edib. Nazirlikdən verilən məlumatda bildirilir ki, erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Read More
Cəbhədən Xəbər 

Tərtərdə minaya düşən şəxslərin durumu AÇIQLANDI – YENİLƏNİB

Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb. Tərtər Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb. Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır. Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 15:43 Tərtərdə minaya düşən şəxslərlə bağlı rayon…

Read More