Cəbhədən Xəbər 

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirilir

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır. ARANTV.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb. Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Salam, əsgər qardaşım və yaxud Vətən haqqında qalibiyyət nəğməsi

İşğaldan azad edilmiş ərazidə düşüncələr İşğaldan azad edilmiş ərazilərimizdə əsgərlərimizlə söhbətləşmişdik. Döyüşlərdən danışmışdıq, döyüşçülərimizin qələbə ruhundan danışmışdıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsinin xarakteri haqqında dediyi kəlamları xatırlamışdıq: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu qüruru neçə aylardan sonra yenidən yaşamışdıq. Biz əsgərlərin əhatəsində, əsgərlər sözlə ifadə edilən qürurun əhatəsində. Zəfərin qüdrətidir ki, olmuşlar həmişə xatırlanır, hər xatırlananda ömürlərə bunca duyğusal anlar yazılır… Kapitan…

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirilib – FOTO/VİDEO

Fevralın 14-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Hava şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, birinci Qarabağ müharibəsində iştirak etmiş veteran helikopterçilər iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Polkovnik Elşad Pənahov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini…

Read More
Cəbhədən Xəbər 

MN: “Azad edilən ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir” – VİDEO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur. Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddət ərzində 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13 868 hektardan artıq ərazi…

Read More
Cəbhədən Xəbər 

“Caliber”: “Erməni terrorçuların qorxulu yuxusu həqiqətə çevrilir” – VİDEO

“Caliber”in növbəti təhlili Azərbaycan ordusunda yeni yaradılan komando birləşmələrinə həsr olunub. Bu barədə “Caliber”in “YouTube” kanalında yerləşdirilən videoda bəhs olunub. Layihə müəllifləri qeyd edir ki, ölkəmizdə həyata keçirilən aktual hərbi quruculuq yalnız Azərbaycan Silahlı Qüvvələrinin idarəetməsində perspektiv struktur-kompleks dəyişiklikləri və müasir silah növlərinin alınmasını deyil, həm də ordumuzda tamamilə yeni birləşmələrin – Türkiyənin elit komando briqadalarının birbaşa analoqunun yaradılmasını nəzərdə tutur. “Caliber”in sözügedən buraxılışında müharibədən sonrakı geosiyasi reallıqlar, ölkəmiz və bütövlükdə regiondakı mövcud çağırışlara əsaslanaraq silahlı qüvvələrimizdə komando birləşmələrinə ehtiyacın bir sıra aspektləri nəzərdən keçirilib. Ətraflı videoda:  

Read More
Cəbhədən Xəbər 

Daşkəsəndə SHXÇDX-nin yaradılmasının 10-cu ildönümü qeyd olunub

Daşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub Fevralın 12-də Daşkəsəndə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının on illik yubileyi münasibəti ilə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Mirqasım Abbasov, bölmənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, Vətən Müharibəsi qaziləri, şəhid ailələri, ziyalılar və ağsaqqallar ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül düzüblər. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və…

Read More
Cəbhədən Xəbər 

SHXÇDX-nin yaradılmasından 10 il ötür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 10-cu ildönümünü təntənə ilə qeyd edir. ARANTV.AZ xəbər verir ki, əlamətdar gün münasibətilə Xidmət rəisi, general-polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır – VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər. Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də…

Read More