Cəbhədən Xəbər 

Penitensiar Xidmətin mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi olub

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında hərbi andiçmə mərasimi keçirilib. Penitensiar Xidmətin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marşın sədaları altında meydanın mərkəzinə gətirilib. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını, xidmətdə uğur qazanacaqlarını bildiriblər. Andiçmə mərasimində Prezident, Ali Baş Komandan İlham…

Read More
Cəbhədən Xəbər 

Sərhədçilərimiz sərhədlərimizi keçilməz edib

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd edilib ki, noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası…

Read More
Cəbhədən Xəbər 

Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər – VİDEO

Cari ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər. Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. Həmçinin, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub. “Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr…

Read More
Cəbhədən Xəbər 

“SAT-SAS-2024” təlimi başa çatıb FOTO

Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi başa çatıb.  ARANTV.AZ  xəbər verir ki, təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib. Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi attaşelər “Azərkosmos”u ziyarət ediblər

Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar. ARANTV.AZ xəbər verir ki,  Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib. Qonaqlar “Azərkosmos”un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub. Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və İran birgə təlimi BAŞA ÇATDIFOTO

İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Araz – 2024” birgə taktiki təlimi başa çatıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub. Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib. Həmçinin düşmənin…

Read More
Cəbhədən Xəbər 

Milli Ordumuzda modernləşmə işləri sürətlənir

Real döyüş əməliyyatlarında öz sözünü deyən, dünyanın güclü orduları sırasında reytinqi yüksələn Milli Ordumuzda modernləşmə işləri sürətlənir, intellektual potensialı gücləndirilir, yeni hərbi birləşmələr yaradılır Ulu Öndər Heydər Əiyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi qətiyyət, taleyüklü məsələlər sırasında ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar böyük önəm daşıyırdı. Sovetlər dövründə heç bir müttəfiq respublikada həlli mümkün olmayan Cəmşid Naxçıvanski adına internat məktəbi yaratmaqla ordu quruculuğu prosesinin əsasını qoyan, hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə davam etdirən Ulu Öndər milli kadrların hazırlanması sahəsindəki təcrübəsini sonralar da davam etdirdi. AXC-Müsavat iqtidarı dövründə ölkədə yaranmış xaosun…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur

Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır. ARANTV.AZ  xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. “Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”, – deyə o qeyd edib. Bundan başqa, deputat təklif edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın: “Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş…

Read More
Cəbhədən Xəbər 

“Hərbçilərin maaşlarını bir neçə dəfə artırmalıyıq”

“Hərbçilərimizin maaşlarını artırmalıyıq”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. “Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb. Biz ordumuzun gücünü artırmaq üçün vacib addımlar atırıq. Düşünürəm ki, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq. Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını…

Read More