Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib- FOTO/VİDEO
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar. Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı”…
Read More