Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi sürücü vəzifələrində xidmət etmək istəyənlərin qəbulunu elan edir

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. ARANTV.AZ  xəbər verir ki,  50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər. Tələb olunan sənədlər: – C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi; – şəxsiyyət vəsiqəsinin surəti; – hərbi biletin surəti; – tərcümeyi-hal; – rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müşahidəçi qismində iştirak edir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müşahidəçi qismində iştirak edirlər. ARANTV.AZ  xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri (HHQ) eyni vaxtda iki böyük beynəlxalq təlim keçirir. Bunlardan biri Çinlə, digəri isə Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə birgə keçirilir. Bundan əlavə, Azərbaycan, Almaniya, Banqladeş, İraq, İran və Cənubi Afrika Respublikası da daxil olmaqla 20 ölkə təlimlərdə müşahidəçi qismində iştirak edir.

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsinin xronikası: 23 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. ARANTV.AZ  hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 23 oktyabr – müharibənin 27-ci günü • Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq planı İMZALANDI

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb, iki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qırğızıstanın Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Türkiyə hərbi-texniki əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb. Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri – Baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir. ARANTV.AZ xəbər verir ki,  bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər. Nazir müavinləri sərgidə Müdafiə Sənayesi…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi ilk oxunuşda təsdiqlənib

Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən…

Read More
Cəbhədən Xəbər 

“Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına necə çağırılacaq?

Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib. ARANTV.AZ  xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər: – birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək,…

Read More
Cəbhədən Xəbər 

Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub. Hərbi Prokurorluqdan “İki sahil”ə bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz…

Read More