Cəbhədən Xəbər 

Ermənistanın silahlanma siyasətini davam etdirməsi sabitlik üçün ciddi təhdiddir- Zakir Həsənov

Ermənistanın silahlanma siyasətini davam etdirməsi regiondakı sabitlik üçün ən ciddi təhdiddir. ARANTV.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündən sonra keçirilən məbuat konfransında deyib. O bildirib ki, Azərbaycan regional problemlərin region ölkələri ilə birlikdə həllində maraqlıdır: “Ermənistanın revanşist hərəkətləri hələ də davam edir. Konstitusiyasında qonşu ölkələrə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistanın silahlanması və regiondankənar ölkələrin Ermənistan vasitəsilə bölgəyə müdaxiləsi gələcəkdə sadəcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyinə çevrilə bilər”.

Read More
Cəbhədən Xəbər 

Batumidə Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir – VİDEO

Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başlayıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında məlumat paylaşılıb. Qeyd olunub ki, görüşdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.    

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər- FOTO

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin dadavamlı olaraq inkişaf etdiyini qeyd edib. Azərbaycanın müdafiə naziri bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanda “Sonsuz qardaşlıq – III” çoxmillətli təliminin açılış mərasimi keçirilib FOTO/VİDEO

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda sentyabrın 10-da “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub: “Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər…

Read More
Cəbhədən Xəbər 

Separatizmə 23 saat 43 dəqiqədə son qoyan antiterror tədbirləri!

Torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Şanlı ordumuz məhz öz gücü hesabına Zəfər qazandı…

Read More
Cəbhədən Xəbər 

Antiterrorla möhürü vurulan Vətən müharibəsi – indi növbədə…

Qazağın 3 anklav, Naxçıvanın isə Kərki kəndləri də işğaldan azad olunmalıdır; hüquq müdafiəçisi: “Ermənilər bizdən nə alıblarsa, hamısını geri qaytarmalıyıq” Qarabağda Vətən müharibəsinə 23 sentyabrda keçirilən antiterror əməliyyatı ilə son qoyuldu. Buna qədər isə Qarabağda hüquqi dövlət olmamışdı və bölgə işğalçılar, xunta rejimi tərəfindən idarə olunurdu. Bu rejim terrorçu mahiyyət daşıyırdı və mərkəzi hakimiyyətə qarşı idi. Onlar Qarabağda Azərbaycanın qanunları ilə yaşamırdılar və ikinci “erməni dövləti” elan etmişdilər Lakin bu uydurma respublika müstəqil subyekt kimi tanınmadı. Hətta Ermənistan da beynəlxalq hüquqdan kənara çıxa bilmədi və “artsax” adlı kukla rejimin müstəqilliyini…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib. ARANTV.AZ  xəbər verir ki, görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir

“Azərbaycan Müdafiə Nazirliyi və Qazaxıstan Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Qazaxıstanda “Sonsuz qardaşlıq – III” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir. Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Əhalinin DİQQƏTİNƏ: Bu gündən güclü partlayış səsləri eşidiləcək

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir. Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Read More