Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 2-6 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO ilə geniş təlim hazırlığı BAŞLADI

Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO arasında Bakıda məsləhətləşmə görüşü keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bu ilin iyun ayında ölkəmizdə keçiriləcək təlimi planlaşdırılması barədə məlumat təqdim edilib. Müdafiə Nazirliyinin nümayəndələrinin və xarici mütəxəssislərin iştirak etdiyi görüşün əsas məqsədi NATO proqramına bu yaxınlarda təqdim edilmiş bölmələrin döyüş hazırlığını, onların dəstəyini və təchizatını, eləcə də NATO standartlarına uyğunluq səviyyəsini təsdiqləməkdir. Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında Bakıda keçirilən məsləhətləşmə görüşü təkcə texniki-hərbi tədbir deyil, həm də regional geosiyasi mesaj kimi qiymətləndirilə bilər. Bu cür proqramlar adətən tərəfdaş ölkələrin alyans standartlarına…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. “İki sahil” xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Qüvvədə olan qanuna əsasən, bu, 3 gün idi. Təklif edilən dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər…

Read More
Cəbhədən Xəbər 

Qazilərin və veteranların pensiyaları necə hesablanacaq? – RƏSMİ

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər. Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları (müharibə veteranları, hərbi qulluqçu sayılmayan, hərbi rütbəsi olmayan, əsgərlər) qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdıqda və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov onu vəzifəsindən AZAD ETDİ

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib. Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb. Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb. “Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.(Mənbə: qafqazinfo)

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və İran müdafiə nazirləri nələri müzakirə etdi… – VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüş zamanı general-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakı əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb. Briqada generalı Ə.Nəsirzadə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd…

Read More
Cəbhədən Xəbər 

Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb. Diplomatik nümayəndəlikdən Musavat.com-a verilən məlumata görə, söhbət zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib. Hər iki tərəf 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün konstruktiv öhdəliklərini bir daha təsdiqləyib.

Read More
Cəbhədən Xəbər 

Əsgərlərə bayram məzuniyyəti veriləcək? – MÜHÜM DETALLAR

Bayram günlərində əsgərlərə məzuniyyət verilib-verilməməsi cəmiyyətdə ən çox maraq doğuran məsələlərdən biridir. Xüsusilə, Yeni il və digər rəsmi bayramlar ərəfəsində hərbi qulluqçuların evlərinə buraxılıb-buraxılmaması ilə bağlı suallar aktuallaşır. Maraqlıdır, bayram günlərində əsgərlərə məzuniyyət verilə bilərmi? Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi qulluqçuların məzuniyyəti “Hərbi xidmət haqqında Əsasnamə” və “Hərbi qulluqçuların statusu haqqında” qanuna uyğun şəkildə həyata keçirilir. “Zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət keçən şəxslər üçün əsas məzuniyyət qaydaları dəyişməz qalır. Yeganə mühüm yenilik 44 günlük Vətən müharibəsindən sonra qəbul edilən qərarla…

Read More
Cəbhədən Xəbər 

Partlayış səsləri eşidiləcək – XƏBƏRDARLIQ

22-26 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Read More