Cəbhədən Xəbər 

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb. Müdafiə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, başsağlığında deyilir: “Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı: Bu gündən ayın 13-nə qədər… – FOTO

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir. Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, toplanışda nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayev iştirak edib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər…

Read More
Cəbhədən Xəbər 

MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir. ARANTV.AZ  xəbər verir ki, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin “Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib. O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Read More
Cəbhədən Xəbər 

Milli Müdafiə Universitetinin xüsusi təyinatlı hərbi kolleclərində peşəkar gizir (miçman) heyəti hazırlanacaq

Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı hərbi kolleclərdə peşəkar gizir (miçman) heyəti hazırlanacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda qeyd olunub. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi…

Read More
Cəbhədən Xəbər 

Antiterror tədbirinin qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir – Anar Eyvazov

“İki sahil” antiterror tədbirlərinin uğurla başa çatmasının 1-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazovun müsahibəsini təqdim edir: –    Cənab polkovnik, 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatından artıq bir il ötür. Əməliyyatdan danışarkən hansı məqamları qeyd etmək istərdiniz? –    Sualınıza cavab verməzdən öncə bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların ailə üzvləri və yaxınlarına səbir, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə Allahdan şəfa diləyirəm. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda…

Read More