Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi məlumat yaydı: Mövqelərimiz atəşə TUTULDU

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutub. Musavat.com-un məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Mühəndis bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir – VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir. ARANTV.AZ  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər. Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

Naxçıvan ATƏŞƏ tutuldu, Putin TƏCİLİ Əliyevə zəng etdi: Zəngəzur dəhlizi… – CANLI

Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə TUTULDU

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

Əsgərlik yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR – Bundan sonra….

Ekspert: “Ali təhsilli şəxslərin hərbi xidmət müddətinin 9 və ya 6 aya endirilməsi daha optimal variant ola bilər” Bu il qəbul imtahanlarında 27227 abituriyent ali məktəblərə qəbul oluna bilmədi. Onların  böyük əksəriyyəti oğlanlardır. Aydındır ki, yeni qəbul başlayanadək imtahandan kəsilənlərin əksəriyyətinin hərbi xidmət yaşı çatacaq və əsgərliyə gedəcəklər. Hərbi xidmətə getdikdə isə 11 ildə əldə edilən biliklər xeyli yaddan çıxır. Hərbi xidmət dönəmində onların öz biliklərini qaydasında saxlamaq və təkmilləşdirmək imkanları olmur. Bəziləri isə bu səbəbdən xarici ölkələrin ali məktəblərində təhsil almağın yollarını axtarırlar. Bu isə heç də həmişə özünü…

Read More
Cəbhədən Xəbər 

İndi də ölüm tələləri…

İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan hayların yeraltı terrorunun qurbanı olub Ermənistanın işğal dövründə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində minaları yerləşdirməsi beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. Bu əməllər Cenevrə Konvensiyaları və onların əlavə Protokolları ilə qadağan edilir. Cenevrə Konvensiyalarının əsas məqsədi silahlı münaqişələr zamanı mülki şəxslərin və mülki obyektlərin qorunmasıdır. Minalar isə mülki əhalinin həyatını təhlükəyə atır və münaqişə bitdikdən sonra belə uzun müddət ərzində ölümlərə və yaralanmalara səbəb ola bilər. Bu, mülki şəxslərin məqsədyönlü hədəf alındığını göstərir. Ermənistanın mina siyasəti hərbi təcavüzün davamı kimi qəbul…

Read More
Cəbhədən Xəbər 

RƏSMİ! Helikopterlər HAVAYA QALXDI – Hədəflər MƏHV EDİLDİ

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər. “Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib”, – məlumatda vurğulanıb.  

Read More
Cəbhədən Xəbər 

Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər. Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Read More