Cəbhədən Xəbər 

Azərbaycan və Laos mina sahəsində təcrübə mübadiləsini müzakirə edib

Laos Xalq Demokratik Respublikasına səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladovun Laosun Baş nazirinin müavini, xarici işlər naziri Saleumxay Kommasiz ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Laosun Mina və Partlamamış Hərbi Sursat Təhlükəsinə Qarşı Mübarizə üzrə Milli Tənzimləmə Qurumunun direktoru vəzifəsini icra edən Bounfenq Sisavats ilə görüş keçirib. Görüşdə Laosun Partlamamış Hərbi Sursatlar üzrə Milli Proqramının nümayəndələri də iştirak…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev “Altın Kıran – 2024” təliminin taktiki epizodunu izləyib

Qazaxıstan Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonuna gəlib. Təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib. Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər. Qeyd edilib ki, “Altın Kıran – 2024” birgə…

Read More
Cəbhədən Xəbər 

“Altın Kıran – 2024” birgə təlimi davam edir

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda keçirilən “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi davam edir. ARANTV.AZ  xəbər verir ki,  ssenariyə əsasən, döyüş tapşırığı alan bölmə komandirləri qəbul edilmiş qərarı təlim rəhbərliyinin qərargahına məruzə etdikdən sonra kəşfiyyat tapşırıqlarını icra ediblər. Təlimdə 25 kilometr məsafədə seçilmiş travers üzrə hərəkət edən bölmələr dağlıq ərazidə gizlənən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqlarını müəyyənləşdirərək basqın edib. Qanunsuz silahlıların avtomobil texnikası kolonlarının pusquya salınması və canlı qüvvəsinin məhv edilməsinə,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda “Smerç”lərdən döyüş atışları icra edilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər. Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir

Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının birgə taktiki-xüsusi təliminə start verilib – FOTO

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib. Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstan hərbçiləri qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsini məşq edəcəklər

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən “Altın Kıran – 2024” birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçularının qatıldığı tədbirdə ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb: “Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar. Sonda beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub”. Qeyd edək…

Read More
Cəbhədən Xəbər 

Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir. ARANTV.AZ  MN-ə istinadən xəbər verir ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçik ölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə fəaliyyətləri icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ

Ermənistan son günlər Azərbaycan ilə şərti sərhəddə təxribatlarını yenidən intensivləşdirib. Belə ki, avqustun 18-də Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Gorus rayonunun Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin yaratdığı yeni hərbi hissənin görüntüləri yayılıb. Peyk görüntülərindən bu hərbi hissənin əlahiddə artilleriya divizionu olduğu və qoşquda daşınan səkkiz ədəd artilleriya qurğuları ilə təchiz edildiyi aydın olub. Ermənistanın hücum silahlarını məhz Azərbaycan ilə sərhədin çox yaxınlığında yerləşdirməsi, şübhəsiz ki, bu ölkənin yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir. Əks halda, rəsmi İrəvanın revanşist mövqedə olduğunu nümayiş etdirən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusuna sürücü axtarılır

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir. Tələb olunan sənədlər aşağıdakılardır: – C, D, E kateqoriyalı sürücülük vəsiqəsi; – şəxsiyyət vəsiqəsi; – hərbi biletin surəti; – tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə); – rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə); – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.

Read More