Cəbhədən Xəbər 

Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib FOTO

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Milli Müdafiə Universitetinin tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. ARANTV.AZ xəbər verir ki,  görüş zamanı Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Ordusunun hərbi qulluqçularının Çin Xalq Respublikasında təşkil olunan kurslarda müvəffəqiyyətlə iştirakı yüksək qiymətləndirilib. Qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətinin rəhbəri universitetin Şərəf kitabına ürək…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib- FOTO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib. “Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib”, – məlumatda bildirilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib

Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) qurumun İdarə Heyəti sədrinin müavini Samir Poladovla Serbiyanın Azərbaycandakı hərbi attaşesi polkovnik Mile Çelikoviç arasında keçirilən görüşdə söhbət aparılıb. Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi, ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti və ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradılacaq “Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi” haqqında qonağa məlumat verilib. Həmçinin, Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Serbiya tərəfindən mümkün dəstəyin…

Read More
Cəbhədən Xəbər 

Su-25-lərimiz havaya qaldırıldı – VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Müdafiə Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib. Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib. “Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər”, – nazirlikdən qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi mayor Elnur Quliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi…

Read More
Cəbhədən Xəbər 

SON DƏQİQƏ! Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. “İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.

Read More
Cəbhədən Xəbər 

“Birləşdik – 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, “Birləşdik – 2024” beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib.

Read More
Cəbhədən Xəbər 

Snayperlərin peşəkarlığı artırılır – VİDEO

Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər. Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib – FOTO

İyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Respublika Hərbi Prokurorluğundan “İki sahil”ə bildirilib ki, kollegiya iclasından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələbləri ilə uzlaşdıraraq…

Read More