Cəbhədən Xəbər 

“Qartal” və “Yarasa” heyəti də paradda

Vətən müharibəsində qazanılan zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Qartal” və Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlılarından ibarət heyət də iştirak edib. “İki sahil” xəbər verir ki, “Qartal” xüsusi təyinatlılarının parad kolonuna “Qarabağ” ordenli general-mayor Cabir Cəfərov başçılıq edib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir. Musavat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər müdafiə naziri Zakir Həsənovun 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb. Təbrikdə qeyd olunub: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda Zəfər Gününün beşinci ildönümü qeyd edilibFOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər. Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifli, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyev, polkovnik Anar Tofiq oğlu Hüseynov və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Musavat.com-a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – VİDEO

Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə”…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi – VİDEO

Azərbaycan ilə Serbiyanın Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib. NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına,…

Read More
Cəbhədən Xəbər 

Parada hazırlıq – VİDEO

Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar davam edir. “İki sahil” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25” qırıcı təyyarəsi də görülüb. Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr Sərəncamına əsasən, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Read More
Cəbhədən Xəbər 

Bərpa və quruculuq yolunda ən təhlükəli maneə

Mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir XXI əsrdə münaqişələrin bitməsi sülhün bərpası demək deyil. Müharibələrin ən səssiz, lakin ən uzunömürlü silahı minalardır. Bu partlayıcı qalıqlar müharibə bitəndən illər sonra belə, sanki “gözə görünməz düşmən” kimi insanların həyatına, iqtisadi dirçəlişə, humanitar sabitliyə zərbə vurur. Bu, təkcə təhlükəsizlik problemi deyil, həm də bərpa, demoqrafiya, iqtisadiyyat və sosial ədalət məsələsidir. Azərbaycan ərazisinin 13 %-dən çoxu mina təhlükəsi ilə əhatə olunub Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Baş…

Read More