Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xatırladaq ki, səhər saatlarında Ordumuzun Laçın istiqamətindəki mövqelərinin atəşə tutulması barədə də məlumat verilmişdi.

Read More
Cəbhədən Xəbər 

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.   Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar  və mülki  işçilər! Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi  ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram. İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da  gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti sərhədin digər istiqamətlərinə də atəş açacağı istisna deyil. Belə təxribatlarla üzləşən Azərbaycan müdafiə alətlərini işə salıb mövqelərinə qarşı davamlı atış nöqtələrini susdurmaq hüququna malikdir. Lakin indi üçün Azərbaycan onu təxribata çəkən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Ordusunun vəfat edən zabitinin dəfn olunacağı yer məlum olub. “Qafqazinfo” xəbər verir ki, Ülvi Bağırov sabah Salyan şəhər Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.   19:36 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!” – deyə məlumatda qeyd edilib.  

Read More
Cəbhədən Xəbər 

Soyqırımı şahidi: “Ermənilər qohum-əqrəbalarımızın məzarlarını dağıdıblar” – FOTO

“Ağdaban soyqırımı necə baş veribsə, tam yadımdadır”. Bunu “Report”a Kəlbəcərin Ağdaban soyqırımının şahidlərindən biri Ziba Kərimova deyib. O qeyd edib ki, 32 ildən sonra kəndə ziyarət edərək o günləri yenidən xatırladılar, həm sevinci, həm də kədəri birlikdə hiss etdilər: “32 ildən sonra bu torpaqlara qayıtmaq, hadisələri gözümün qabağına gətirdi. Şəhid olanları, yandırılanları xatırlayaraq kəndə girdim. Ermənilər bizim qohum-əqrəbalarımızın məzarlarını da dağıdıblar. Onlardan bəzilərini tapa bilsək də, digərlərini tapa bilmədik”. Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub – VİDEO

Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy,  Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və  Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ağdaban sakini: “Ermənilər qoca kişi və qadını diri-diri yandırdılar” – FOTO

“Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində qoca kişi və qadını diri-diri yandırıblar”. Bu sözləri “Report”a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımının şahidi Qiyas Alıyev Kəlbəcərdə faciənin ildönümü ilə əlaqədar təşkil olunan ziyarət zamanı deyib. Q.Alıyev bildirib ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə Xocalı soyqırımının eynisi Ağdabanda baş verib və ermənilər bu kəndə böyük qüvvə ilə hücuma keçiblər. Onun sözlərinə görə, əhali arasında bir neçə nəfərlə ov tüfəngi və hökumətin verdiyi bir neçə avtomatla kəndi müdafiə etməyə çalışıblar. “Həmin vaxt bir neçə nəfər cığır yollarla kənddən çıxa bildi. Ermənilər…

Read More