Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə nazirinin Türkiyəyə səfəri başlayıb

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı – VİDEO

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. “Report” xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Pakistan generalları görüşdülər – FOTO

Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji…

Read More
Cəbhədən Xəbər 

Yenə də qeyri-dəqiq, etibarsız və natamam… – Mina xəritələri

Azərbaycan ərazilərində kütləvi şəkildə minaların, digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Bu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin…

Read More
Cəbhədən Xəbər 

Birgə təlimlərin keçirilməsi: Azərbaycan və Pakistan hərbçiləri müzakirələr aparıblar – FOTO

Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.  

Read More
Cəbhədən Xəbər 

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 2 019,8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Read More
Cəbhədən Xəbər 

Xocalıda kütləvi məzarlıqdan daha üç nəfərin qalıqları tapılıb

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir. Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha üç nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 13 nəfər…

Read More
Cəbhədən Xəbər 

36 min hektardan çox ərazi minalardan təmizlənib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının birinədək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 440 ədəd piyada əleyhinə, 3 301 ədəd tank əleyhinə mina və 12 693 ədəd partlamamış döyüş sursatı aşkar olunub. Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə…

Read More
Cəbhədən Xəbər 

Qarlı hava şəraitində xüsusi təyinatlılarımızın təlimindən görüntülər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar…

Read More