Cəmiyyət Manset 

Bərdənin icra başçısı qan verdi – FOTOLAR

İcra başçısı qan vermə aksiyasında iştirak edərək qan verib. Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub. ARANTV.AZ xəbər verir ki ,Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada Bərdədən olan millət vəkili habelə rayon icra hakimiyyəti başçısının müavinləridə iştirak ediblər. Vidadi İsayev millət vəkili Fatma Yıldırım icra başçısının müavinləri Vahid Qarayev, Fəqət Şadlinskaya Bərdə rayon icra…

Read More
Cəmiyyət Manset 

Bərdə rayon icra başçısı – rayonda koronavirusa yoluxan yoxdu -FOTO

Bərdə rayonunda koronavirusla bağlı edilən test sayı açıqlandı ARANTV.AZ xəbər verir ki ,Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır. Bu barədə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev məlumat verilib. Qanvermə aksiyasında iştirak edən V. İsayev bildirilib ki, rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkar edilməyib. Bu müayinələr pozitiv çıxıb. Qeyd edək ki, rayon ərazisində karantin rejimini davam edir. Şəhərin müxtəlif ərazilərində giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir.

Read More
Manset Region Xəbərləri 

Bərdədə Yol İstismar MMC- nin rəhbəri ehtiyacı olan ailələrə ərzaq yardımı göstərilib – FOTO

ARANTV.AZ bildirir ki,  Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı ailələrə, imkansız şəxslərə dəstək məqsədilə Azərbaycan avtomobil yolları Dövlət agentliyinin Bərdə rayonunda yerləşən 43 saylı Yol istismar MMC- nin direktoru və Yeni Azərbaycan partiyasının Bərdə rayon təşkilatının aparat rəhbəri İlham Əzimov təşəbbüsü ilə ərzaq yardımı kampaniyası keçirilib. Aksiya çərçivəsində İ. Əzimov tərəfindən Bərdə şəhəri ərazisində və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailəsinə, həmçinin Qarabağ müharibəsi əlilləri və imkansız şəxslərə ərzaq bağlamaları paylanılıb. Kampaniya çərçivəsində 60-a yaxın ailəyə ərzaq yardımı göstərilib. Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin…

Read More
Manset Region Xəbərləri 

Bərdədə Xüsusi karantin rejimi səbəbindən tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları etmək üçün hamı səfərbərdir-FOTOLAR

Dünyada qlobalproblemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilir. Əhalinin həssas təbəqəsi olan yaşı 65-də yuxarı olan tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərilir. ARANTV.AZ xəbər verir ki,  Xüsusi karantin rejimi səbəbindən tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları Bərdə rayonunda da davam etdirilir. Bərdə Rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 600-dən artıq tənha və kimsəsiz ahılların, aztəminatlı ailələrin evləri ziyarət olunmuş və həmin…

Read More
Cəmiyyət Manset 

İlham Əliyev Bakıda açılışda – YENİLƏNİB + FOTO/VİDEO

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir…

Read More
Manset Region Xəbərləri 

Bərdədə aztəminatlı ailələrə mütəmadi olaraq yardım göstərilib – FOTO

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq əhalinin həssas təbəqəsinə aid aztəminatlı ailələrə Bərdə Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən ərzaq yardımları göstərilib. ARANTV.AZ xəbər verir ki ,Bərdə Rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət olunub. Keçirilən görüş zamanı onların hazırki durumları ilə yaxından maraqlanılıb və həmin ailələrə ərzaq yardımları təqdim edilib. Rayon İcra Hakimiyyəti bu dövr ərzində 600 ailəyə ərzaq yardımı göstərib. Bu gün keçirilən aksiyada isə daha 50 ailəyə şəhər ərazisində və kəndlərdə yaşayan imkansız…

Read More
Cəmiyyət Manset 

İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib – FOTO

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.…

Read More
Cəmiyyət Manset 

İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat veriblər. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə…

Read More
Cəmiyyət Manset 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

Read More
Manset Region Xəbərləri 

Şəhid anası özünün Prezident təqaüdünün bir aylıq məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Bərdə sakini şəhid anası Elza Kamal qızı Xəlilova ölkədə ilk olaraq özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə böyük oğlu Natiq Xəilov qəhramancasına həlak olub. Bununla yanaşı ictimaiyyətə müraciət edən Elza Xəlilova bildirib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə dövlətin qətiyyətli addımlarını, təhlükəsizlik tədbirlərini əhalinin sağlamlığının qorunmasına Azərabycan Prezidentinin atdığı bütün addımları yüksək dəyələndirir, hər bir ölkə vətəndaşını…

Read More