Manset 

Əl-ələ tutmaq ağrını azaldır

Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər. Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub. ARANTV.AZ  bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır. Sevdiyimiz şəxsin əlini tutmaq, dəriyə basılan isti bir dəmirin ağrını uyuşduracağı kimi bir təsir göstərir. Elm adamları bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir. Əl-ələ tutmaq ağrını necə azaldır? Bu tapıntının ilham qaynağı həkim Pavel Goldsteinin qızıdır. 4 il əvvəl həyat yoldaşını…

Read More
Manset 

Az və ya çox yaşayacağınızı təyin edin. SADƏ TEST

Lester Universiteti (Böyük Britaniya) alimləri sübut edirlər ki, insanın yerişinin sürətindən ürək və damar xəstəliklərinin riskini təyin etmək olar. Araşdırmalar göstərib ki, asta-asta gəzən orta yaşlı insanlarda tez tempdə gəzən insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin inkişafı riski artmış olur. ARANTV.AZ  xəbər verir ki, mütəxəssislər 6 il ərzində 420 727 orta yaşlı insana nəzarət edirdi. Məlum olub ki, asta-asta yeriyən qadın və kişilər ürək xəstəliklərindən daha tez-tez ölürdü. Alimlərin fikrinə görə, yerişin sürəti insanın ümumi fiziki forma və fiziki davamlılıqla sıx əlaqəlidir. Bu göstərici isə ürəyin fəaliyyətindən xəbər verir.

Read More
Manset 

Qara ciyəri təmizləyir, xərçəngə qarşı qoruyur — SARIKÖKÜN BİLMƏDİYİMİZ FAYDALARI

Sarıkök mətbəximizdə geniş istifadə edilir. ARANTV.AZ xəbər verir ki, əsasən də Asiya ölkələrində sarıkökdən mətbəxdə çox geniş istifadə edilir. Amma bir çox insan sarıkökün faydalarını bilmir. Bu bitki kökünün bilinməyən faydalarını oxucularımız üçün topladıq. Sarıkökün tərkibində olan “curcumin” maddəsi orqanizmi xərçəng xəstəliyinə qarşı qoruyur, metabolizmanı sürətləndirir və yağları yandırır. Həzmi asanlaşdıran sarıkök arıqlamağa da kömək edir. 2014-cü ildə Almaniyada aparılan bir təcrübə sübut edib ki, sarıkök köklükdən əziyyət çəkən insanlara faydalıdır və arıqlamağa kömək edir. Artıq çəkisi olan insanlar sarıkök istifadə etməlidirlər. Bu bitki kökünün tərkibində xoşbəxtlik hormonu olan serotonin…

Read More
Manset 

Qohumla nikahın fəsadları

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır. “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib” və ya “Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz” deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir. ARANTV.AZ  bildirir ki, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından…

Read More
Manset 

Adların mənası bilirsiniz? – TAM SİYAHI

ARANTV.AZ Adların mənasını təqdim edir. A Abal – Yabanı (vəhşi) qızıl gül. Abbas – Tutqun, qaşqabaqlı, ciddi. Abcənnət – Cənnət suyu. Abdul – Qul. Abdulla – Allahın qulu. Abhəyat – Yəyat suyu. Abid – Ibadətlə məşğul olan adam. Abiyə – Böyük, ulu. Abidə – 1.İnanan, inanclı.. 2.Abidə, heykəl 3.Xatirə,yadigar. Abir – Dad,ətir. Abla – 1.Ecazkar formaları olan. 2.Böyük bacı. Abuzər – ərəbcə abua-işıq, zər-ulduz = İşıqlı ulduz. Adəm – Kainatın birinci peyğəmbəri. Adil ( Adilə) – (Ər.) Ədalət, ağıllı. insaf, bərabər, ədalətli, vicdanlı. Adibə – Tərbiyəli, mədəni, nəzakətli. Adıgözəl – 1.Elm,…

Read More
Manset 

Səhər yeməyindən imtina edənlər mütləq oxusun!

Bütün dünya diyetoloqları təsdiq edir ki, səhər yeməyi mütləq lazımdır. Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin inkişafı riski xeyli artmış olur. ARANTV.AZ bildirir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daha çox qida qəbul edir və bu da artıq çəki və piylənmə kimi pozulmaların inkişafına təkan verir. Səhər yeməyi yeməyən insanların əksəriyyətində insulinin ifrazı pozulur. Bu isə şəkərli diabetin riskini artırır. Həmçinin səhər yeməyindən daim imtina edən insanların qanında xolestirinin səviyyəsi də artmış olur ki, bu da ateroskleroz xəstəliyinin riskini…

Read More
Manset 

Bu insanlar mütləq xurma yeməlidir

Xurma vitamin, mineral, qidalı liflər və bir çox digər insan orqanizmi üçün əvəzolunmaz maddələrlə zəngindir. Bu xurmanı insan sağlamlığı üçün çox faydalı edir. Lakin bəzi insanlar var ki, xurma onlara xüsusilə faydalıdır.  ARANTV.AZ xəbər verir ki, maqnezium və qidali liflərlə zəngin olduğundan xurma orqanizmi toksin, ağır metallar, radionukleidlər  və digər ziyanlı maddələrdən yaxşı təmizləyir. Bu xüsusiyyətə görə xurma ziyanlı istehsalatlarda işləyən,  pis ekoloji şəraitdə, böyük şəhərlərdə yaşayan insanlar üçün xüsusilə faydalıdır. Xurma kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürək-damar sisteminin normal fəaliyyətini təmin edir, təzyiqi normallaşadırır, ürək və damar…

Read More
Manset 

İnsan stresdən arıqlayır yoxsa kökəlir?

Hamı bilir ki, kökəlməyin əsas səbəbi qidalanmadır. İnsan sərf etdikdən daha çox kalori qəbul edirsə, bu, təbii ki, kökəlməyə səbəb olur. Lakin elmi araşdırmalar göstərir ki, bu tək səbəb deyil. ARANTV.AZ xəbər verir ki, stress və yuxunun az olması kökəlməyin digər əsas səbəblərindəndir. Stress zamanı qanda qlükozanın miqdarı artır. Bu orqanizmin təbii qoruyucu mexanizmidir. Onu həmçinin “döy və ya qaç” mexanizmi adlandırırlar. Hər iki halda (döyəndə və ya qaçanda) insan fiziki güc, enerji sərf etməlidir. Bu enerjini insan orqanizmin əsas “yanacağı” olan qlükozadan alır. Qədim əcdadlarından fərqli olaraq müasir insan stressə…

Read More
Manset 

Serialların ailələri məhv edən 8 cəhəti

Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı. Bəzi özəl türk kanallarında göstərilən serialların, uşaqlarımız və gənclərimizin təhsili və əxlaqı üzərindəki mənfi və dağıdıcı təsirinin fərqində olsaydıq, hər birimiz evimizdəki televiziyaları pəncərədən aşağı atar və ya baltayla parçalayardıq. Cəmiyyətdəki sosial problemləri araşdıran Türkiyəli psixoloqlar, əsasən də gənclərlə bağlı çəkilən serialların insanlar üzərindəki təsirlərini araşdırıblar. ARANTV.AZ həmin araşdırmanın nəticələrini sizə olduğu kimi təqdim edir: 1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər. 2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu…

Read More