Manset 

Türk qəhvəsinin yanında niyə su verilir?

Bu günə qədər türk qəhvəsi masaya gətiriləndə yanında bir stəkan su olur. Bu su niyə lazımdır? Səbəb nədir? ARANTV.AZ türk qəhvəsinin su ilə içilməsinin səbəbini açıqlayır. Böyrək daşlarının 75%-i oksalatdan yaranır. Bir çox qida ilə yanaşı qəhvənin də tərkibində oksalat var. Qəhvənin yanında verilən su qəhvə içərkən oksalatın orqanizmdən ifraz edilməsinə kömək edir Qəhvəni su ilə içməklə yanaşı böyrək daşının qarşısını almaq üçün bu addımları atın.ölkə.az

Read More
Manset 

Az yatmağın yeni təhlükəsi açıqlandı

Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar. ARANTV.AZ xəbər verir ki, bu barədə “MedicalXpress” yazıb. Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər. Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki,…

Read More
Manset 

Timsah və ilanın ölüm-dirim mübarizəsi FOTOLARDA

Vəhşi təbiətdə yırtıcı heyvanlar çox vaxt bir-biri ilə ölüm-dirim mübarizəsinə qalxır. Təbiətin ən təhlükəli yırtıcılarından olan timsahlar qarşılarında hansı heyvan olursa-olsun, qalib gəlməyə çalışırlar və əksər hallarda buna nail olurlar. ARANTV.AZ xəbər verir ki, bu yaxınlarda belə bir hadisə Şri-Lankanın  Yala milli parkında baş verib. Fotoqraf Rişani Qansinq timsahla ilanın ölüm-dirim mübarizəsini lentə alıb. Ölkə.Az

Read More
Manset 

Balina ölən balasını 17 gün kürəyində daşıdı

Kanadanın Vankuver adası sahillərində maraqlı hadisə qeydə alınıb. ARANTV.AZ xəbər verir ki, “Balina Tədqiqatları Mərkəzi”nin mütəxəssisləri bildiriblər ki, ölmüş balasnı Haro Boğazında bəzən kürəyində, bəzən də burnuyla itələyərək üzdürən ana balina1 600 km məsafə qət edib. Sonra isə digər balinalara qoşularaq  yas mərasimini bitirib. Qatil balinalar ölən balalarını bir həftə özləri ilə daşıyırlar. Amma 17 gün artıq rekorddur. Mütəxəssislər “J35” adlandırılan və bir neçə gündür mətbuatın diqqətini cəlb edən balinanın sağlamlığından narahat idilər. Amma Mərkəzdən verilən məlumata əsasən, heyvanın vəziyyəti yaxşıdır. Ölkə.Az

Read More
Manset 

Dünyanın yaşamaq üçün ən gözəl — 10 ŞƏHƏRİ

İngiltərənin “Economist” jurnalı yeni tədqiqat aparıb. ARANTV.AZ xəbər verir ki, jurnalın “Economist İntelligence Unit” bölməsi dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin siyahısını dərc edib. Məlum olub ki, Avstriyanın paytaxtı Vyana şəhəri ötən il birinci olan Melburn şəhərini üstələyib. Siyahıya 7 ildir ki, liderlik edən Melburn bu il ikinci sırada qərarlaşıb. Yaşamaq üçün ən yaxşı şəhərlərin siyahısını “Ölkə.Az” oxucularına təqdim edirik: 1.Avstriya, Vyana 2.Avstraliya, Melburn 3.Yaponiya, Osaka 4.Kanada, Kalaqri 5.Avstraliya, Sidney 6.Kanada, Vankuver 7.Yaponiya, Tokio 8.Kanada, Toronto 9.Danimarka, Kopenhagen 10.Avstraliya, Adelaida Ölkə.Az

Read More
Manset 

Kondisioner ölümcül sətəlcəmə səbəb ola bilər — DİQQƏTLİ OLUN

İsti havalarda fasiləsiz işlətdiyimiz kondisioner əslində ölümə səbəb ola bilər. ARANTV.AZ xəbər verir ki, yaxşı təmizlənməyən kondisionerlər ölümcül sətəlcəmə səbəb olur. Bundan başqa isə yaxın məsafədən soyuq hava axınına məruz qalmağın isə üzün iflicinə, astmaya və digər xəstəliklərin yaranmasına səbəb olma ehtimalı yüksəkdir. Kondisioner vasitəsilə yaranan xəstəliklərdən ən geniş yayılanı “legionella pnomonisi” xəstəliyidir. Bu bakteriyalar kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə artaraq otağın havasına yayılırlar. Bu bakteriyalar mərkəzi havalandırma, isitmə-soyutma sistemlərinin istifadə edildiyi bütün məkanlardakı kondisioner sistemlərinin içinə yerləşərək çoxala bilirlər. Bakteriyalara məruz qalan fərdlərin 5%-ində xəstəlik üzə çıxır.…

Read More
Manset 

Qadınlar haqqında bilmədiyiniz maraqlı faktlar

Qadınların sirli varlıqlar olması hər zaman kişilərin gileyləndiyi mövzudur. Zərif cinsin nümayəndələrinin nə düşünüb, necə davranacağı hər zaman qarşı tərəfin maraq dairəsində olub. ARANTV.AZ axşam.az-a istinadən qadınlarla bağlı maraqlı məlumatlar təqdim edir: Qadınlar arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri ilk görüşdə qorxurlar, əgər oğlan… Özünü çox tərifləyirsə – 30 % Çox içirsə – 29 % Hesabı ödəməklə bağlı danışırsa – 24 % Çox danışırsa – 11 % Qadınlar pedikürə ayaqlarının gözəl görünməsi üçün getmirlər: Mütəxəssislər sübut ediblər ki, pedikür zamanı ayaq masaj edilir; bu da qadına rahatlıq verib, onu…

Read More
Manset 

Hansı bürcdən olan kişi daha sədaqətlidir?

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır. ARANTV.AZ qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırıb. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib. Qoç: qızğın baş və ehtiraslı ürək Sədaqət reytinqi: 2 Qoç bürcünün kişisinə aşiq olmusunuzsa bilin ki, onlar çox romantik və həssas olurlar. Qoç hiss və duyğularına əmin olduğu üçün sizin istədiklərinizi həyata keçirməyə söz verir. Lakin hadisələri qabaqlamayaq. Qoç-istilaçıdır, məqsədinə nail olduqdan sonra yeni subyektin axtarışına çıxır.…

Read More
Manset 

Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir… – Qabığı özündən şəfalı meyvə

Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var. ARANTV.AZ ananas qabığında olan heyrətamiz faydalar barədə məlumat verir. Ananas qabığı arıqlamağa kömək edir Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin maddəsi var. Bu səbəblə həzmə kömək edir və arıqlamağa kömək edən maddələr arasında yer alır. Ananas qabığı sellülitləri təsirli formada yox edir. Mükəmməl bir sidikqovucu olduğu üçün bədəndəki artıq mayeni ataraq, arıqlamağa kömək edir. Şişkinliyi aradan qaldırır. Arıqlamaq üçün mütləq…

Read More
Manset 

Uşaqlarınızı cəsarətli böyütmək üçün bunları edin

Valideynlərin öhdəsinə düşən işlərdən biri də övladlarını yetəri qədər cəsarətli biri olaraq böyütməkdir. ARANTV.AZ övladlarınıza cəsarət hissini aşılamaq üçün bir neçə üsul təqdim edir: – Uşaqlarınıza özünü ifadə edə bilməsi üçün imkan yaradın. Çünki özlərini nə qədər yaxşı ifadə etsələr o qədər çox cəsarətli olacaqlar. – Fikirlərini və sözlərini aşağılamayın. Onları mümkün qədər ciddiyə almağa çalışın. – Onlara və düşüncə tərzlərinə hörmət etdiyinizi bildirin. – Uşaqlarınıza özlərini və başqalarını ittiham etməyin düzgün olmadığını izah edin. – Hər kəsin bərabərhüquqlu olduğunu bilmələri də əsas şərtlərdəndir. – Övladlarınıza yalan danışmayın. Onlara da…

Read More