Bizim həkim 

Tibb işçilərinin NƏZƏRİNƏ

Sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bununla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində beş nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni…

Read More
Bizim həkim 

Əllərdə, qarında səpgi-Xəstələrin 10 faizində bu əlamətlər olur

Rusiyada koronavirusa yoluxmuş bəzi xəstələrdə yeni əlamətlər tapılıb. Həkimlər COVİD-19 xəstələrində müxtəlif dəri səpgiləri müşahidə ediblər. Kommunark Yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko deyib ki, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri olur. O, daha əvvəl çinli, ingilis həkimlərin bu simptomla qarşılaşdıqları barədə məlumatlar verdiklərini də qeyd edib. Baş həkim deyib ki, dəri səpkiləri ən çox əllərdə və qarın nahiyəsində müşahidə olunur. Xatırladaq ki, yeni virusun dəri əlamətləri İtaliya və İspaniyada da müşahidə olunub. Yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı açıqlanmışdı. Ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının…

Read More
Bizim həkim 

Döyənəklə ziyilİn fərqi: “Çox zaman bunları qarışdırırlar”-Dermatoloqdan AÇIQLAMA

Döyənəklər ən çox rast gəlinən dəri problemlərindən biridir. Amma çox zaman döyənəklər ziyillərlə qarışdırılır. Hətta bununla bağlı yanlış müalicələr də təyin olunur. Dermatoloq, uzman həkim Firayya Məmmədova e-tibb.az-a bildirib ki, döyənək əsasən bədəndə dərinin, sümüyün özünü qoruyan hissələrində yaranır. Bu əslində bədənin travmaya daha çox məruz qalan yerlərində dərinin qalınlaşması deməkdir. Dərinin qalınlaşması nəticəsində ortaya çıxan döyənəklər ağrı və narahatlıqlar yaradır: “Çox zaman döyənək ağrı verdiyi halda ziyillə qarışdırılır. Halbuki ziyil tamamilə başqa bir problemdir, virus xəstəliyidir. Ən çox da ayaq ziyilləri ilə döynəklər dəyişik salınır. Bəzən də əldə olan döyənəklə…

Read More
Bizim həkim 

“Koronavirusun ikinci dalğası qayıda bilər” — BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA

“Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları azalsa da, təhlükə tam aradan qalxmayıb. Əgər qaydalara riayət etməsək ikici dalğanın geri qayıtma təhlükəsi var”. Bunu “Ölkə.Az”a açıqlamasında Respublikanın baş infeksionisti, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü Cəlal İsayev karantin rejiminin yumşaldılması ilə bağlı vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, karantin rejimi insanlarımızın fəaliyyət dairəsini genişləndirmək üçün yumşaldılır. “Daha bundan istifadə edib qaydaları pozmaq üçün yox. Ona görə də qaydalara əməl emtək şərtdir. Çünki epidemiyaya yoluxma halları hələ də aşkar olunmaqdadır və təhlükə tam aradan qalxmayıb. Tam aradan qalxmış olsaydı, o zaman karantin…

Read More
Bizim həkim 

Ölkə ərazisində karantin müəssisələrinə yerləşdirməyə dair tələblər müəyyənləşib

Azərbaycan Respublikası ərazisində karantin müəssisələrinə yerləşdirməyə dair tələblər müəyyənləşib. Milli.Az bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda öz əksini tapıb. Karantin müəssisəsinə yerləşdirilmə zamanı aşağıdakı tələblərə riayət olunmalıdır: – hər bir şəxs havalandırılan (ventilyasiya olunan) tək yerli və sanitar qovşağı ilə təmin edilmiş otaqlarda yerləşdirilməli, bu mümkün olmadıqda isə xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq çarpayılar arası minimal məsafə təmin edilməlidir; – karantin müəssisəsində yerləşdirilmiş şəxslərin tibbi maskadan istifadə etməsinə və xəstəliyin yoluxdurucu xüsusiyyətləri nəzərə alınaraq minimal…

Read More
Bizim həkim 

TƏBİB: Qaydaları pozduğuna görə vəzifədən azad edilən tibb işçiləri var

Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin bir otaqda kütləvi şəkildə toplaşaraq tədbir keçirməsi barədə məndə heç bir məlumat yoxdur. ARANTV.AZ APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu məsələ ilə maraqlanacaq: “Əgər həqiqətən onların TƏBİB tərəfindən müəyyənləşdirilən qaydalara riayət etmədiyi üzə çıxarsa, onlar ciddi şəkildə cəzalandırılacaq”. R. Bayramlı qeyd edib ki, son vaxtlar qaydalara riayət etməyən tibbi müəssisələri barədə tədbirlər görülüb: “Həkimlərimizin böyük əksəriyyəti bu işdə canla-başla, fədakarcasına xidmət göstərirlər. Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz…

Read More
Bizim həkim 

Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı

Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib. Sondakika.com xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb. COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır. Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə “Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib. Fransanın…

Read More
Bizim həkim 

Bu xəstəlik koronavirusdan beş dəfə sürətlə yayılır

Peyvənd etməyi dayandırsanız, qızılca dünyada koronavirusdan daha ağır, ölümcül epidemiyaya səbəb olar”. “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan deyib.  Onun sözlərinə görə, qızılca xəstəliyi yeni koronavirusa nisbətən beşqat daha yoluxucudur. Həkim su çiçəyinin də qızılca ilə müqayisədə beş dəfə daha çox yoluxma ehtimalı olduğunu qeyd edib. O, valideynləri uşaqlarını vaxtında xəstəliklərə qarşı peyvənd etdirməyə çağırıb.

Read More
Bizim həkim 

Homoseksuallığı xəstəlik adlandıran həkim işdən uzaqlaşdırıldı – FOTO

Almaniyada yaşayan ürək-damar cərrahı Metin Çakırın sosial media hesabında homoseksuallığı “xəstəlik” olaraq qeyd etməsi onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub. “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, M.Çakır Almaniyanın Karlsrue şəhərində “Helius” klinikasında işləyib. O, sosial media hesabında “Bir həkim kimi homoseksuallığın, transseksuallığın xəstəlik olduğunu bildirmək istərdim”, – deyə paylaşım edib. Sözügedən paylaşımdan sonra ciddi reaksiyalarla qarşı-qarşıya qalan Çakır paylaşımını silib və hesabını dondurub. Bundan sonra onu klinikadan çıxarıblar. Klinikanın rəhbərliyi xəbəri təsdiqləyib: “Onu müvəqqəti olaraq işdən çıxmaq qərarına gəldik. Vəziyyəti araşdırıb, qiymətləndirmə aparacağıq. O, 20 ildir bizim xəstəxanada işləyir”.

Read More