Gündəm 

Ərdoğanın müavini Naxçıvana GƏLDİ

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Naxçıvana səfər edib Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın baş meydanında ucalan abidəsini ziyarət edib.//Report

Read More
Gündəm 

Alla haqqı

“Narahat olmağınız üçün heç bir əsas görmürəm… Rahat yaşayın, siz bizim milli iftixarımızsınız”. Bu sözləri 2022-ci ilin sentyabrında RF Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko məşhur sovet-rus müğənnisi Alla Puqaçovaya deyib. Kiriyenko Puqaçovanı “milli iftixarımız”adlandırarkən haqlıdır. Gerçəkdən də Alla Puqaçova Latviyadan Kuril adalarına, Novaya Zemlyadan Türkmənistanın Kuşka şəhərinə qədər bütün postsovet məkanının sevimlisi, rus xalqının üzünü ağardan sənətçi idi. Sovet dövründə onun milyonlarla pərəstişkarı vardı, onun hit mahnıları hər gün milyonlarla evdə səslənirdi. İndinin özündə də onu və sənətini sevən milyonlarla insan var və onlar bu qadının hansı millətə mənsub…

Read More
Gündəm 

Metroda qiymət artımı olacaq? – RƏSMİ AÇIQLAMA

“Metroda differensial qiymət artımı ola bilər”. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov bildirib. O qeyd edib ki, “Bakı Metropoliteni” QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər. “Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur”,- deyə E.Əhmədov bildirib.

Read More
Gündəm 

Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına MƏHDUDİYYƏT QOYDU – RƏSMİ

Azərbaycan 15 xəstəlik üzrə dünyanın 85 ölkəsindən respublikaya qida məhsullarının idxalına məhdudiyyət qoyub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. Onun sözlərinə görə, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub: “Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli…

Read More
Gündəm 

Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ

Hazırda ölkə üzrə təxminən 300 məktəbdə şagirdlər üçün davranış qaydalarına əsasən dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulub. Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib. O qeyd edib ki, həmin qaydaların bütün ümumtəhsil müəssisələrində tətbiq olunması istiqamətində son mərhələyə daxil olunub. “Qısa müddət ərzində bu qaydaların bütün ölkə məktəblərində tam şəkildə tətbiqinə başlanacaq”,- deyə Eşqi Bağırov bildirib./Milli.az/

Read More
Gündəm 

Rusiya Azərbaycan qazının dayanmasına sevinir

Rusiya nəşrinin SOCAR-ın Ukraynaya qaz verməsini dayandırmasına “öz izahı” var   Xəbər verdiyimiz kimi, Azərbaycanın Ukraynaya qaz tədarükü kəsilib. Xatırladaq ki, 28 iyulda SOCAR qrupunun Ukraynadakı şirkəti ilə bağlanan müqavilə əsasında Azərbaycan qazı Trans-Balkan kəməri vasitəsilə ilk dəfə Ukraynaya daxil olmuşdu. Bu, Rusiya tranzitinin dayanmasından sonra Kiyevin enerji təhlükəsizliyini şaxələndirmək cəhdi kimi dəyərləndirilmişdi. Ekspertlər bildirirlər ki, tədarüklərin dayanmasına  Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr və marşrutun zədələnməsi, Trans-Balkan kəməri ilə idxalın yüksək maya dəyəri və kommersiya baxımından sərfəsizliyi ola bilər. Rusiya Azərbaycan qazının  Ukraynaya nəqlinin cəmi bir ay sonra dayanmasına sevinir.  “Bu…

Read More
Gündəm 

Bu, Əliyevin tələbi deyil… – Ermənistanda seçkiləri udan referendumu da udacaq

Dünən İrəvandan ən yüksək səviyyədə Bakı və Ankaraya görünməmiş sayda barışıq və əməkdaşlıq jestləri edildi, mesajlar verildi. Baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və onun müavini – Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan, həmçinin prezident Vaaqn Xaçatryan və iqtisadiyyat naziri Gevork Papayandan qulağa xoş gələn xeyli açıqlamalar, hətta etiraflar eşitdik. Simonyan üstəlik, belə bir ifadə işlətdi ki, “Azərbaycan öz yaraları ilə məşğuldur. Onları da başa düşmək lazımdır, biz onların insanlarını öldürmüşük”. Şübhəsiz, hər şey niyyətə bağlı. “Niyyətin hara, mənzilin də ora” deyiblər. Hərgah zəruri addımlar atılmadığı halda xoş…

Read More
Gündəm 

Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin qurulması, onları bir araya gətirən Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsidir. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, bu birliyə xüsusi diqqət yönəltməsin. Hazırda yeni dünya nizamının formalaşdığı bir dövrdə türk dünyasının birliyinin vacibliyi özünü daha aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində «İndi heç kimə sirr deyil ki,…

Read More
Gündəm 

Azərbaycana süni yağış yağdırılacaq – üstünlük, gözlənti

Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması məqsədilə süni yağış yağdırılması layihəsi diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra pilot layihələr həyata keçirilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq. 2026-cı ildə pilot layihələrin keçiriləcəyi ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun əldə edilməsi texnologiyası ilə bir pilot layihə icra olunacaq. Eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılır. 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələri müəyyən ediləcək, 2026-cı ildə həmin məntəqələrdə…

Read More