Gündəm 

SON DƏQİQƏ! Avtobuslarda gediş haqqı artırılır? – RƏSMİ CAVAB

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə “Bakı metropoliteni” QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.

Read More
Gündəm 

“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”

Xəbər verdiyimiz kimi, bu gün Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub. Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan…

Read More
Gündəm 

Çində o tarixi görüş baş tutsa…

Siyasətdə daimi dostlar yox, daimi maraqlar olur. Hərçənd bu da faktdır ki, liderlər arasında şəxsi münasibətlər ölkələr və xalqların əlaqələrinə, ovqatına heç də az sirayət eləmir. Özəlliklə qarşılıqlı etimad mühitinə birbaşa təsir göstərir. Hazırda Çində səfərdə olan Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyev və Vladimir Putinin mümkün görüşünə böyük maraq ən əvvəl bu amillərdən qaynaqlanır. Sirr deyil ki, iki ölkənin korlanan münasibətləri postsovet dönəmində bəlkə də ən çətin, ən riskli dövrünü yaşayır. Səbəblər və baiskar məlum: açıq-aşkar günahkar ola-ola, Rusiya tərəfinin hələ də özünü Azərbaycan qarşısında yekəxana, təkəbbürlü aparması.…

Read More
Gündəm 

Azərbaycanda bu mobil operator ləğv olunur – balans SİLİNƏCƏK

“Naxtel” MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb. Şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib. Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər. Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək. Əlavə olaraq, silinmiş məbləğlərin geri…

Read More
Gündəm 

Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək – ADLAR

Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək. Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:  1) Mərdan Orxan Şiruyyə oglu 2) Bedelov Nadir Xadmətulla oğlu 3) Qasımov İlham Zakir oğlu 4) Şeyxov Yusuf Mansur oğlu 5) Zəki Mehriban Mürvət qızı 6) Paşayev İlqar Əli Abbas oğlu 7) Orucov Yunis Qurbanəli oğlu 8) Namazov Eldar Saqif oğlu.

Read More
Gündəm 

İran Ermənistanı hədəf aldı-bu dəfə Zəngəzur dəhlizi üzərindən…

İranın Zəngəzur isterikası davam edir. Cənub qonşumuzun parlamenti olan İslam Məclisi rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib. Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub. Məsələni Musavat.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi birbaşa Ermənistanı hədəf almaqdan ibarətdir: “Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi İrəvanın razılığı ilə açılıb. Göründüyü kimi, “Zəngəzur dəhlizi” ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqları və siyasi böhrana gətirib çıxarıb. Xüsusilə, prezident Məsud Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək…

Read More
Gündəm 

Ermənistanın “bacısı”nın cəhdi uğursuz olacaq- “Azərbaycanın tezliklə…”

Hazırda Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) indiyə qədərki ən böyük sammiti keçirilir. Tədbirdə 20-dən çox ölkənin, o cümlədən təşkilatın 10 üzvü, 2 müşahidəçisi, 14 dialoq ortağı olan ölkələrin rəhbərləri iştirak edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Onun bu açıqlamasının ardından Azərbaycanın ŞƏT-ə üzvlük məsələsi bir anda müzakirə mövzusuna çevrilib. Eyni zamanda, Ermənistanın “bacıları” sırasında yer alan ölkələrdən biri olan Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi…

Read More
Gündəm 

“Cənubi Qafqazda artıq “köhnə münaqişə” yoxdur, indi əsas məqsəd…”

“Minsk prosesinin ləğvi ilə bağlı ATƏT Nazirlər Şurasının qəbul etdiyi qərar beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtələrindən biri hesab oluna bilər. Bu qərarla ATƏT-in Minsk Prosesi, onunla bağlı bütün təsisat və strukturlar, o cümlədən fəaliyyətdə olan sədrin şəxsi nümayəndəliyi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və digər mexanizmlər ləğv edilmiş sayılır. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məqsədilə 1992-ci ildə təsis olunmuş uğursuz Minsk Qrupu tarix səhnəsindən urvatsız bir şəkildə və tamamilə silindi”. Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, bu hadisə təkcə…

Read More
Gündəm 

Azərbaycanlı biznesmen ən böyük mağazalarını itirdi

Rusiyanın Şeremetyevo hava limanında ən böyük rüsumsuz mağazalar operatoru sahibini dəyişib. Azərbaycanlı sahibkar Araz Mehdiyev biznesi tərk edib və avqustun 25-dən onun keçmiş baş direktoru Vitali Bavin yeni sahibi olub. Mehdiyev əvvəllər “Kyiv Ploshad” qrupu ilə əməkdaşlıq edib və 2024-cü ildə Almaniyanın “Gebr. Heinemann” şirkətindən Domodedovo və Şeremetyevoda rüsumsuz nəzarət edən şirkətlərin səhmlərini alıb. İndi Rusiya rüsumsuz bazarının əsas oyunçusu tamamilə Bavinin nəzarətinə keçib. (Lent.az)

Read More
Gündəm 

Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK: Əliyev, Paşinyan və Ərdoğan NƏYƏ GÜLÜRLƏR?

*Rusiya Odessa və Pavloqradda hərbi obyektlərə hücum edib *Rəşad Dağlının həbsxanadan yayılan görüntüləri ilə bağlı YENİ XƏBƏR *Ukraynanın bərpası üçün lazım olan vəsait AÇIQLANDI *İlham Əliyev Ərdoğan və Paşinyanla BİR ARADA – Sammitdən MARAQLI GÖRÜNTÜLƏR *İsrail rəsmən ELAN ETDİ: Əbu Ubeydə ÖLDÜRÜLDÜ *Putinin köməkçisindən SON DƏQİQƏ açıqlaması: İlham Əliyevlə görüş… *Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək *Zelenski elan etdi: Rusiyaya yeni hücumlar hazırlanır *Uşakov: Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndə heyəti ilə danışdıq – YENİLƏNDİ *ABŞ-dan Rusiyaya xəbərdarlıq: Ukrayna ilə görüş, yoxsa… *Ruslar Xersonda bir-birini…

Read More