Ermənistan Pakistanla barışıq yolunda – İki nazirin tarixi söhbətinə sözardı
Pakistan və Ermənistanın xarici işlər nazirləri arasında tarixdə ilk dəfə telefon danışığı olub. Xəbər verildiyi kimi, tərəflər ikitərəfli diplomatik münasibətlərin qurulması məsələsinə baxmaq haqda razılığa gəlib. Bu barədə qardaş məmləkətin xarici işlər naziri Məhəmməd İshaq Dar X səhifəsində yazıb. Nazir qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzəyanla gələcək əməkdaşlıq istiqamətlərini də diqqətdə saxlayıblar. Telefon söhbətinin kimin təşəbbüsü ilə baş tutduğu bəlli olmasa da, şübhə yox ki, rəsmi İslamabad bu addıma Bakının razılığı fonunda gedib. Hərgah Azərbaycan və Pakistandan fərqli olaraq, Türkiyə Ermənistanın müstəqilliyini çoxdan tanıyıb – hələ də…
Read More