Gündəm 

Naxçıvana gedənləri erməni gömrükçüləri yoxlayacaq?

Zəngəzur dəhlizinin giriş-çıxışında gömrük-sərhəd rejimi üçüncü ölkələrə tətbiq olunmalıdır  Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhliz açılandan sonra vətəndaşlarımızın Naxçıvana gediş-gəlişinin necə təmin olunacağı müzakirə edilir. Təhlükəsizliyi kim təmin edəcək? Vətəndaşlarımız və daşınan yüklər yoxlanılacaqmı, əgər yoxlanılacaqsa, bunu kim edəcək? Ermənistan sərhəd xidmətinin, gömrüyünün buna aidiyyəti olacaqmı, gömrük rüsumu ödəniləcəkmi? Azpolitika.info yazır ki, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşması imzalansa da, bir çox detallar, texniki məsələlər hələ açıqlanmayıb. Ona görə də yuxarıda sadalanan sualların bir çoxunun cavabı açıq qalır. Ancaq Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi aydın və bəllidir. Rəsmi…

Read More
Gündəm 

Tüstüdən çıxan milyonlar – tütün ixracımız niyə azalıb?

Bu il Azərbaycanın tütün ixracında azalma var. 2025-ci ilin yanvar-iyul aylarında ölkə 28 milyon 618.64 min ABŞ dollar dəyərində tütün və tütünün sənaye əvəzedicilərini ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7 faiz azdır. Hesabat dövründə ölkəyə 70 milyon 347.98 min manatlıq tütün və tütünün sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yeddi ayda ölkədə 9 milyard 72,1 milyon siqaret və siqar istehsal olunub. Göstərici ötən ilin…

Read More
Gündəm 

Qarşılıqlı maraqlar, ortaq hədəflər

22 avqust tarixində Türkmənistanın Turkmenbaşı (Avaza) şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyovun iştirakı ilə yüksəksəviyyəli üçtərəfli görüş keçirilmişdir. Görüşdə qardaş ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın daha da gücləndirilməsi müzakirə olunub. Bu zirvə toplantısı region dövlətlərinin qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında ortaq maraqlar naminə birgə addımlar atmaq əzmində olduqlarını bir daha nümayiş etdirdi. Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli üçtərəfli görüşün yekunlarına dair Azərbaycan Respublikasının Prezidenti…

Read More
Gündəm 

Azərbaycanın Qərblə, Şərq, Şimalla Cənub arasında körpü rolu artmaqdadır

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə, Azərbaycanın son illərdə keçdiyi tarixi yolun, regional sülh təşəbbüslərinin və strateji layihələrinin dərin təhlilini təqdim edir. 2025-ci il avqust ayında Vaşinqtonda baş tutan görüş və paraflanan sənədlər, Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi olmaqla yanaşı, 30 illik Qarabağ münaqişəsinin formal sonu kimi tarixə düşdü. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, 1994-cü ildən başlayan sülh danışıqları mərhələsində Ermənistan üstünlük əldə etmiş, Azərbaycanın 20%-ni işğal etmiş, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkün yaranmışdı. Bu, dünyada ən yüksək məcburi köçkün nisbətlərindən biri hesab olunurdu. 2020-ci…

Read More
Gündəm 

Regionda yeni diplomatik platforma formalaşır

Azərbaycan və Ermənistan tərəfindən ATƏT-in Minsk qrupunun və ona bağlı institutların ləğvinə dair imzalanmış birgə müraciət Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsidir Azərbaycanın səbrini 30 ilə yaxın sınağa çəkən ATƏT-in Minsk qrupunun artıq fatihəsi oxunub. Qarabağ münaqişəsi yarananda guya tərəflər arasında vasitəçilik missiyası kimi yaradılan qrup «fəaliyyətsiz» fəaliyyəti ilə bölgədə siyasi gərginliyi daha da artıraraq ermənipərəst mövqeyi ilə hadisələrin axarını həmişə haylara tərəf yönəltmişdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdığından artıq bu quruma ehtiyac qalmır. Bu baxımdan Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin əsas bəndlərindən olan Minsk qrupunun…

Read More
Gündəm 

Paşinyan israrlı görünür

Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin paraflanmasından sonra baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəalarının ziddiyyətli olduğunu bir daha dilə gətirib. O vurğulayıb ki, Bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, “Qarabağ” hərəkatının möhürünü daşıyıb: “Baş nazir kimi əlimdə olan məlumatlar və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz “Qarabağ” hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”. Paşinyan, həmçinin qeyd edib ki, Qarabağ…

Read More
Gündəm 

Zəngəzur dəhlizi təhlükəsiz olmalıdır

Prezident İlham Əliyevin sentyabrın 27-də Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibə region üçün strateji əhəmiyyət kəsb edən layihələrin perspektivlərini bir daha ortaya qoydu. Xüsusilə Zəngəzur dəhlizinin Azərbaycan üçün əhəmiyyəti, onun təhlükəsizlik və texniki məsələlər üzrə əldə olunmuş beynəlxalq zəmanətlər, eləcə də gələcəkdə regional və qlobal nəqliyyat sistemində oynayacağı rol diqqət mərkəzindədir. Bu açıqlamalar Azərbaycanın praqmatik xarici siyasət kursunu və bölgədə dayanıqlı inkişaf üçün atdığı mühüm addımları bir daha nümayiş etdirir. Tərəflərin beynəlxalq hüququn tələblərinə uyğun fəaliyyət göstərməsi bu gün Azərbaycan üçün prioritet məsələlərdən biridir Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında Milli Məclisin…

Read More
Gündəm 

Cənubi Qafqaz regionu, daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır

Dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın qətiyyətli mövqeyinin təsdiqidir Dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş şərh edilir. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla əldə edilən razılaşmaların gələcək üçün nə vəd etdiyi  müsahibədə ətraflı şərh edildi. Prezident İlham Əliyev, eyni zamanda, regionda və dünyada başa verən hadisələrlə bağlı Azərbaycanın mövqeyini açıqladı. Müsahibə, ümumilikdə regionun lider dövləti olan, dünya siyasətində yeniliklərə yol açan, sözü qədər imzası da böyük əhəmiyyət kəsb edən Azərbaycanın beynəlxalq nüfuzunun…

Read More
Gündəm 

Fransa ciddi təlatümlərlə qarşı-qarşıya

Sosial şəbəkələrdə yayılan “ölkəni bloklamaq” çağırışları 2018-ci ildə başlanan ilk “sarı jilet” hərəkatını xatırladır və artıq bir çox tanınmış simalar yenidən səhnəyə qayıdır Fransada baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Qeyd edilir ki, “bu tətil deyil, xalqın dinc üsyanıdır”. Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün Telegram qrupları yaradılıb. Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün…

Read More
Gündəm 

İki nüvə dövləti savaşdı, Azərbaycan ziyan çəkdi

Ekspertlərdən fərqli fikirlər: “Siyasi və hərbi hadisələr turizmə yönəlik təhlükəsizlik narahatlıqlarını artırır, bu da turist sayının azalmasına səbəb olur” Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Hindistan-Pakistan müharibəsi, eləcə də Rusiyanın Azərbaycana qarşı atdığı addımlar Azərbaycana gələn xarici turistlərin sayına təsir edib.  Bu barədə yazan FED.az saytında bildirilir ki, 2025-ci ilin ilk altı aylıq nəticələrinə görə, xaricdən Azərbaycana turizm məqsədilə 842 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər və ya təqribən 1% azdır. Azalmanın səbəbi Rusiya və Hindistandan gələn turistlərin sayındakı geriləmədir.…

Read More