Gündəm 

Suriya İranın Azərbaycana və Türkiyəyə zərbələrini pislədi

Suriya Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyə istiqamətində həyata keçirdiyi hücumlarla bağlı bəyanat yayıb. Musavat.com xəbər verir ki, Suriya XİN açıqlamasında İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə və Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pislədiyini bildirib. Bəyanatda qeyd olunub ki, bu cür addımlar dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Suriya Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, rəsmi Dəməşq mülki əhaliyə və infrastruktura qarşı yönəlmiş istənilən zorakılığı və eskalasiyanı qəbul etmir. Açıqlamada Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə…

Read More
Gündəm 

AZAL-dan TƏCİLİ AÇIQLAMA – Bakı-Naxçıvan-Bakı reysi…

5 mart 2026-cı il, Bakı – Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub. Bu barədə Musavat.com-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir. 5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):…

Read More
Gündəm 

İran Azərbaycana dron zərbəsi ilə bağlı BƏYANAT YAYDI

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan ərazisinə pilotsuz təyyarənin buraxılması ilə bağlı xəbərləri təkzib edib. Musavat.com TASS-a istinadən xəbər verir ki, mövqe qərargahın bəyanatında əksini tapıb. “İran İslam Respublikası, bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmət edərək, silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası istiqamətində pilotsuz təyyarənin buraxılmasını təkzib edir” – bəyanatda qeyd edilib.

Read More
Gündəm 

İran rejimi Naxçıvanı vurmaqla maskasını birdəfəlik atdı-Bakı heç bir güzəşt etməyəcək

Cənub qonşumuz İran növbəti dəfə nankorluğun və düşmənçiliyin ən alçaq formasını nümayiş etdirdi. Naxçıvan aeroportuna endirilən dron zərbələri təkcə hərbi təxribat deyil, həm də Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş açıq təhqirdir. Özünü “müsəlman həmrəyliyinin müdafiəçisi” kimi təqdim edən bu rejim, əslində, regionda sabitliyi pozan, qonşularına qarşı gizli və açıq düşmənçilik aparan riyakar siyasətin daşıyıcısı olduğunu bir daha sübut etdi. Azərbaycan illərdir İrana qarşı ən çətin anlarda belə düşmənçilik dili işlətməyib, əksinə, humanist və təmkinli mövqe nümayiş etdirib. Lakin Tehran hakimiyyəti bu münasibətə minnətdarlıqla deyil, nankor və alçaq davranışla cavab…

Read More
Gündəm 

Vurulan Naxçıvan aeroportunun içindən FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün İran Naxçıvan Hava Limanına dronla zərbə endirib. Musavat.com AZƏRTAC-ın Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumundan sonra hadisə yerindən çəkdiyi fotoları təqdim edir: Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Read More
Gündəm 

İran Naxçıvanı bombaladı: xain molla rejimindən yaramaz hərəkət – FOTO, VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb. Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, hava limanına 3 dron zərbəsi olub. Sosial şəbəkələrdə yayılan fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. Məlumatlara görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb. Eyni zamanda  baş verən hadisədən sonra Bakıdan Naxçıvana uçuş ləğv edilib. Onu da bildirək ki, Azərbaycan heç bir zaman qonşuluq prinsiplərinə zidd addım atmayıb. İranın bu addımı nankor molla rejiminin iç üzünü bir daha göstərdi. Azərbaycan heç bir zaman İranın ərazisinə qarşı…

Read More
Gündəm 

Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır

Hal-hazırda Qətərdə olan 200 Azərbaycan vətəndaşının xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O qeyd edib ki, Qətər hava məkanı bağlı olduğu üçün, Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır. Onun sözlərinə görə, nazirliyin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur: “İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib. Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə…

Read More
Gündəm 

209 Azərbaycan vətəndaşı Bakıya təxliyə edilir

Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir. Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. “Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir. Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir. Qeyd edək ki, növbəti günlərdə…

Read More