İlin sonunadək Rusiyaya yeni ixrac missiyalarının təşkili planlaşdırılır

ARANTV.AZ xəbər verir ki, “Made in Azerbaijan” brendi ilə məhsularımızın xaricdə nümayişi və ixrac imkanları genişlənir. İlin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq. Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək “Worldfood Moscow” sərgisində vahid ölkə stendində nümayiş etdiriləcək. 2017-ci ildə olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow” sərgisinin eksklüziv tərəfdaşıdır. Bu…

Daha çox ..

Milli Məclisin ilk komitə iclası sabah keçiriləcək

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyası ilə parlamentin komitələrinin iclaslarına start verilir. ARANTV.AZ xəbər verir ki, sabah saat 12:00-da parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olacaq. İclasda yeni qanun layihələrinin müzakirəsi nəzərdə tutulmur. İclasda komitənin yaz sessiyasındakı fəaliyyəti ilə bağlı hesabatı, payız sessiyasının qanunvericilk işləri planı və bir sıra…

Daha çox ..

Azərbaycan şaftalısında xəstəlik aşkarlandı

Rusiya Baytarlıq və Bitki Sağlamlığı Nəzarəti Xidmətinin əməkdaşları Azərbaycandan gətirilən 18 ton şaftalıda “qərb çiçəyi tripsi” böcəyi aşkar ediblər. ARANTV.AZ xəbər verir ki, bununla bağlı xidmətin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarələri məlumat yayıb. İdxal olunan meyvədə xəstəlik yoxlamalar əsasında müəyyən edilib. Ekspertizanın təsdiqindən sonra “qərb çiçəyi tripsi” böcəyi aşkar edilmiş şaftalılar zərərsizləşdirilib. oxu.az

Daha çox ..

Qarabağın azad edilməsi qarşılığında Bakı… – Deputat

ARANTV.AZ deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Musavat.com-a müsahibəsini ixtisarla təqdim edir: – Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü Qarabağ məsələsinin həlli üçün hansı perspektivlər vəd edir? Rusiyanın Azərbaycanın coğrafi mövqeyinə, böyük potensialına önəm verdiyini Putin dəfələrlə bəyan edib. Bəs Azərbaycana verdiyi önəmin qarşılığında Moskva ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe ortaya…

Daha çox ..

Azərbaycan Ukraynanın əsas neft ixracatçısı oldu

Azərbaycan son səkkiz ayın nəticələrinə görə, Ukraynanın əsas neft ixracatçısı olub. Bu ölkədən Ukraynaya 273,9 milyon dollar dəyərində xammal daxil olub. ARANTV.AZ  xəbər verir ki, Ukrayna Dövlət Fiksal Xidmətinin məlumatına görə, Əlcəzairdən Ukraynaya göstərilən dövrdə 7,1 milyon dollar, İrandan 5 milyon dollar, digər ölkələrdən isə 2,4 milyon dollar dəyərində neft ixrac edilib. Bu dövrdə Ukraynadan neft və…

Daha çox ..

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 99 dəfə pozub

ARANTV.AZ xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 99 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun…

Daha çox ..

Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun Azərbaycana səfərinin vaxtı açıqlandı

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol sentyabrın 12-də Azərbaycana səfər edəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə trend-ə Beynəlxalq Enerji Agentliyindən bildiriblər. Daha öncə Trend-ə müsahibə verən F.Birol qeyd etmişdi ki, Azərbaycan Beynəlxalq Enerji Agentliyinin dəyərli tərəfdaşıdır. İcraçı direktor qeyd edib: “Biz “EU4Energy” proqramı çərçivəsində sıx əməkdaşlıq etməklə enerji siyasətini və statistikanı yaxşılaşdırırıq.”

Daha çox ..

Azərbaycanın Rusiyaya meyvə ixracı 70 faiz artıb

2017-ci ildə Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artıb. ARANTV.AZ  xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin MustafayevAZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, artım meyli bu il də davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub: “Azərbaycanla Rusiya arasında ticarət, investisiya,…

Daha çox ..

Bakıda Azərbaycan və Yaponiya XİN başçılarının görüşü keçirilir — YENİLƏNİB

“Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığın inkişafı məsələsində böyük nəticələr əldə edib”. ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə görüşdən sonra keçirilən brifinqdə deyib. XİN başçısı qeyd edib ki, bu gün Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Onun sözlərinə görə, ölkədə 30-dan çox Yaponiya şirkəti fəaliyyət…

Daha çox ..

Məmmədyarov: Nyu-Yorkda XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakıda Azərbaycan və Yaponiya xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Taro Kononun görüşü keçirilib. ARANTV.AZ xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov ölkələrarası dostluq və əməkdaşlıqdan söz açıb. “Azərbaycanla Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr inkişaf edir. Yaponiyanın 30 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu ölkə Azərbaycana yeddi milyard dollar investisiya qoyub. GUAM-la Yaponiya arasında əlaqələrin qurulması nəzərdə tutulur. Odur ki,…

Daha çox ..