Gədəbəy-Tovuz kartofu YOXA çıxıb – SƏBƏB
Azərbaycanda kartof istehsalı və ixracı son illərdə artım göstərsə də, daxili bazarda yerli məhsulun payı getdikcə azalır. Vaxtilə Bakı bazarlarında həmişə əlçatan olan Gədəbəy, Tovuz kartofunu indi qış mövsümündə tapmaq müşkülə dönüb. Musavat.com xəbər verir ki, yerli və dadlı məhsulun bazarlardan yoxa çıxmasının bir sıra mühüm səbəbləri var. Bunlardan birincisi istehsalın azalmasıdır. Dövlət Statistika Komitəsinin statistikasına əsasənölkədə kartof əkini sahələri və istehsal həcmləri sürətlə azalır. Belə ki, kartofun əkin sahələri son 4 ildə -2022-2025-ci illərdə 54,8 min hektardan 44,9 min hektara, yığılan məhsul isə 1 milyon 74,3 min tondan 924,7 min…
Read More