Gündəm 

Xəzər dənizi ikiyə bölünəcək – Alimdən DƏHŞƏTLİ PROQNOZ

Son illərdə Xəzər dənizində suyun çəkilməsi çox ciddi narahatlığa səbəb olub. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədirlər. Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir. “Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir”, – mütəxəssis qeyd edib. AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə…

Read More
Gündəm 

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

25 noyabr Azərbaycan tarixində təkcə bir rayonun azadlığı deyil, dövlətçilik iradəsinin, milli qətiyyətin və siyasi uzaqgörənliyin ən parlaq təcəssümüdür. Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ölkəmizin gücünün, diplomatik üstünlüyünün və hərbi-siyasi manevr qabiliyyətinin milli yaddaşdakı təntənəsidir. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallığın mühüm dayaq nöqtəsinə çevrilmişdir. Kəlbəcər uzun illər Ermənistanın hərbi işğalı altında qalmış, strateji coğrafiyası – dağlıq relyefi, yüksəklikləri, nəqliyyat dəhlizlərinə nəzarət edən mövqeləri – düşmən üçün vacib dayaq sahəsi olmuşdur. Regionun zəngin yeraltı təbii ehtiyatları, mis, qızıl və digər metallarla zəngin yataqları, həmçinin…

Read More
Gündəm 

Doğma sakinlərinə qovuşan qədim yurd yerimiz

25 noyabr Kəlbəcər Şəhəri Günüdür.  Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından   sonra rəşadətli  Ordumuzun  44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, 30 illik torpaq həsrətimizə  son qoyuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. İmzalanan birgə Bəyanata əsasən Kəlbəcər noyabrın 15-də…

Read More
Gündəm 

Prezidentdən mühüm Zəngəzur dəhlizi AÇIQLAMASI – Bakıda ilk dəfə keçirilən forumda VACİB MESAJLAR

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb. Musavat.com-un məlumatına görə, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Müraciətdə deyilir: “Hörmətli forum iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram. Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv…

Read More
Gündəm 

Sığınacaqda ölən 16 yaşlı qızın yaxınlarının ittihamlarına Mehriban Zeynalovadan CAVAB

“Doğrudur, bədənində qan və zədə izi yox idi, amma…” Noyabrın 19-da “Təmiz Dünya” sığınacağında faciəvi şəkildə vəfat edən 16 yaşlı Nurcan Cəfərovanın qohumları APA TV-yə verdikləri açıqlamada sığınacağı ittiham ediblər. Onlar meyitin zədəsiz olduğunu, 4-cü mərtəbədən yıxılan birinin üzərində bir cızıq belə olmamasını bildirib. Nurcanın nənəsi iddia edir ki, nəvəsi insan alverinin qurbanı olub və onun orqanları satılıb. Xalası isə deyir ki, Nurcan ona zəng vuraraq heç kimin olmadığı yerdə nəsə demək istədiyini bildirib, lakin danışmağa imkan tapmayıb. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu iddialarla bağlı…

Read More
Gündəm 

QMİ Həcc ziyarətinə getmək istəyənlərə çağırış etdi

“İldən-ilə Səudiyyə Ərəbistanın Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Bildirib ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib. Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən…

Read More
Gündəm 

Şagirdlərin bir-birinə xəsarət yetirməsi ilə bağlı QURUMDAN AÇIQLAMA

  Sosial şəbəkədə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə noyabrın 24-də məktəbin 10-cu sinif şagirdinin sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bildirilib. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib. Açıqlamada qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə…

Read More
Gündəm 

Cərimə ödənişlərindən komissiya tutulması haqda- Mərkəzi Bankdan açıqlama

“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankdan (AMB) bildirilib. Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”. Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının…

Read More
Gündəm 

İki müharibə və əsl Lider haqqında: bizə kimsə “işğalla barışmayın” demişdimi?..

Ukrayna Prezidenti Volodimir Zelenskinin nə qədər ağır durumda olduğunu bütün dünya müşahidə edir. Bu günlərdə o, ABŞ-ın sülh planı ilə bağlı Ukrayna xalqına müraciətində bildirdi ki, ölkəsi çox çətin seçim qarşısında qala bilər. “Bu, tariximizin ən ağır məqamlarından biridir. Hazırda Ukraynaya təzyiq ən yüksək həddədir. İndi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski”, – Ukrayna prezidentİ xalqa müraciətində deyib. Zelenski seçim qarşısında qaldığını bu şəkildə ifadə edub: “Ya mürəkkəb 28 bənd, ya da son dərəcə ağır qış və əlavə risklər”. Bəli,…

Read More