Gündəm 

Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib. Musavat.com xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.

Read More
Gündəm 

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib. Qeyd edək…

Read More
Gündəm 

Nazir direktoru işdən çıxardı – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb. Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub. Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul…

Read More
Gündəm 

Alimentlə bağlı dəyişiklik: Anaya verilməyə bilər…

Alimentin birbaşa uşağa baxan qəyyuma ödənilməsi bəzi hallarda ayrlan tərəflər arasında narazılığa səbəb ola bilir. Ölkəmizdə boşanma faktı qeydə alındıqda müstəsna səbəb yoxdursa, uşaq anada qalır. Aliment isə uşağın xərclərini təmin etmək məqsədi ilə ödənilir. Bəs məhməkə tərəfindən təyin edilən bu pul uşağın adına açılan bank hesabına köçürülə bilərmi? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Baş Məsləhətçisi Tural Hüseynzadə bildirib ki, alimentin bank hesabına keçməsi qanunvericilikdə əksini tapıb. Lakin bu məsələ hər valideynə şamil olunmur: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55-ci maddəsində…

Read More
Gündəm 

Qalmaqal bitdi: Səidə ilə Rəqsanə barışdı

Teleaparıcı Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında bir neçə gün davam edən qalmaqal sona çatıb. Musavat.com xəbər verir ki, tərəflər qarşılıqlı açıqlamalardan sonra barışıq əldə ediblər. Belə ki, əvvəlcə müğənni sosial şəbəkələrdə üzrxahlıq videosu paylaşaraq jurnalistdən üzr istəyib. O, verdiyi açıqlamalara görə peşman olduğunu bildirib, hirsli olduğu üçün tələskənliyə yol verdiyini etiraf edib. Aparıcı Səidə Bəkirqızı isə Tarix Əliyevin aparıcı olduğu verilişə telefon bağlantısı ilə qoşularaq barışıq elan edib. O, verilişdə qonaq olan Aysun İsmayılova və Rəqsanə İsmayılova haqqında müsbət fikirlər səsləndirib, Aysunu çox bəyəndiyini vurğulayıb. Səidə Bəkirqızı daha sonra…

Read More
Gündəm 

Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar- VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Hava limanında Prezident üçün xüsusi qarşılanma mərasimi hazırlanıb. Mərasimdə ona krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi də təqdim edilib. Prezident qəhvədən içərək öz səmimiyyətini ifadə edib, dostluq jestinə müsbət qarşılıq verib. Qeyd edək ki, ərəb qəhvəsi BƏƏ mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.

Read More
Gündəm 

Fevralda kimin pulu nə qədər artacaq?

Əgər pensiyaçı hazırda məsələn, 500 manat pensiya alırsa, onun aylıq ödənişi təxminən 46 manat artaraq 546 manata çatacaq. Üstəlik, fevralda yanvar ayının da 46 manatlıq fərqi əlavə olunduğu üçün, vətəndaş həmin ay ümumilikdə 592 manat pul əldə edəcək. “Fevral ayında 1 milyon 100 mindən çox vətəndaşın pensiyası indeksləşdirilərək artırılacaq və bu artım yanvar ayından etibarən hesablanacaq”. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov son çıxışında ətraflı məlumat verib. EO bildirib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi pensiyaların yeni məbləğini müəyyən edən əsas göstəricidir. Deputatın sözlərinə görə,…

Read More
Gündəm 

Ana Vətən Partiyasında Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

ARANTV.AZ  xəbər verir ki, 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Ana Vətən Partiyasında silsilə tədbirlər çərçivəsində geniş tərkibli görüş təşkil olunub. Tədbirdə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı, Milli Məclisin deputatı, gənclər siyasətinə daim xüsusi diqqət göstərən Ceyhun Məmmədov, ictimaiyyət nümayəndələri, partiya fəalları və müxtəlif sahələrdə uğur qazanan gənclər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna ehtiram tədbir iştirakçıları tərəfindən dərin hörmət və minnətdarlıqla anılıb.Tədbiri giriş sözü ilə açan Ana Vətən…

Read More
Gündəm 

Mehriban Əliyeva: “Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı paylaşım edib. Musavat.com-un xəbərinə görə, paylaşımda deyilir: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər”.  

Read More