Gündəm 

Ötən il Azərbaycanda inflyasiya 6%-ə yaxın olub

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib. “İki sahil” xəbər verir ki, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib. 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

Read More
Gündəm 

Azərbaycan və Ermənistan birgə minaaxtarma komissiyası yarada bilərmi? – ilginc reaksiya

Bu günlərdə Ağdərədə növbəti mina partlayışı nəticəsində ərazilərin minalardan təmizlənməsi işi ilə məşğul olan vətəndaşımız ağır xəsarət alıb. Ümumilikdə 44 günlük müharibədən sonrakı dövrdə 400 nəfərdən artıq insan mina partlayışı nəticəsində həlak olub, yaxud yaralanıb. Bakı israrla tələb etsə də, Ermənistan mina xəritələrini vermədi, yaxud saxta xəritələr təqdim etdi. Görünür, sərhəd kmissiyaları kimi, hər iki ölkənin hərbi mütəxəssislərindən, xüsusilə də vaxtilə minaların basdırılmasında iştirak edən hərbçilərdən ibarət komissiyaların yaradılmasına ehtiyac var. Yoxsa bu məsələ beynəlxalq məhkəmənin predmeti olmalıdır? Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Ermənistanın…

Read More
Gündəm 

Su təhlükəsizliyində YENİ MƏRHƏLƏ: 2035-Cİ İLƏ QƏDƏR DAYANIQLI TƏMİNAT ƏSAS HƏDƏFDİR

Samir Heydərov: “ACWA-Power” şirkəti ilə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırma stansiyasının tikintisi faktiki istifadə olunan su həcmini 25 faiz artıracaq Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə paytaxt və ətraf ərazilərdə su təsərrüfatının mövcud vəziyyəti, infrastrukturun yenilənməsi zərurəti, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, eləcə də artan demoqrafik və iqtisadi yük fonunda dayanıqlı su təminatının yaradılması məsələləri geniş müzakirə olunub. Dövlətimizin başçısı çıxışında son…

Read More
Gündəm 

Dövlət başçısı: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

Son iki il ərzində, – antiterror əməliyyatından sonra, – 2023-cü ildən bu yana bütün bu bölgələrdə – Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib. Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, bu gün artıq 73 min insan – həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan…

Read More
Gündəm 

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib. Dövlət başçısı qeyd edib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.

Read More
Gündəm 

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq

Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə söyləyib. “Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More
Gündəm 

Azərbaycana İrandan idxal olunan məhsullar BAHALAŞDI

İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur. Publika.az Xəzər TV-yə istinadən bildirir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur. Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb. Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər…

Read More
Gündəm 

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır. – Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beşillik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz? – Azərbaycanda həyata keçirilən media islahatlarının beşillik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin…

Read More
Gündəm 

Baş nazir qərar imzaladı

A SƏHİFƏ ARXİV QƏZET Kontaktlar  AZ  RU Onlayn ictimai-siyasi Baş mir armaturlar və şüşə listlər üçün gömrük yığımları müəyyənləşib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrük yığımlarının tətbiq ediləcək. Belə ki, 7213 və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın (dəmir armaturlar) 1 tonu üçün – 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq edilir.

Read More
Gündəm 

Onlara yüksək vəzifələr verildi – Vergi Xidmətində YENİ TƏYİNATLAR

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsində kadr dəyişiklikləri olub. Bununla bağlı müvafiq əmrlər imzalanıb. Belə ki, Aksiz markalarının satışı və tətbiqinə nəzarət şöbəsinin rəisi Fərid Hacıyev vəzifəsindən azad olunaraq Təhlil şöbəsinin rəisi vəzifəsinə təyin edilib. İndiyədək Sənədlərlə iş şöbəsinin rəisi vəzifəsində çalışan və Vətəndaşların qəbuluna məsul şəxs olan Əşrəf Əliyev isə Markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Təhlil və əlaqələndirmə şöbəsinin rəisi olmuş Elşən Əmrahov da Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Vətəndaşların qəbuluna məsul şəxs vəzifəsinə isə Gülşən…

Read More