Gündəm 

Yeni icra başçısı daha 3 nəfəri işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, baş mütəxəssis İlhamə Verdiyeva, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar. Daha əvvəl isə RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü)…

Read More
Gündəm 

Prezident İlham Əliyev pensiyalardan danışdı – VİDEO

“Bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir”. Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə…

Read More
Gündəm 

“Sovetski”də görüləcək işlər məlum olub

“Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır. Süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən metro stansiyaları, Ağ Şəhərdə metro stansiya. İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Musavat.com verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai…

Read More
Gündəm 

Azərbaycanda bu siqaretlər bahalaşdı – Siyahı

Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. Musavat.com Trend-ə istinadən xəbər verir ki, bir çox siqaretlərin blok qiyməti bahalaşıb. Blok qiymətinin yüksəlməsi siqaretlərin pərakəndə satış qiymətinin də 30-40 qəpik arası yüksəlməsinə səbəb olacağı gözlənilir. Qiymətləri bahalaşan siqaretlər bunlardır: Winston Xstyle Blue, Winston Xstyle, Silver Winston, Xstyle Caster, Winston Xstyle DUAL, Winston XS Silver, Sobranie Blue, Sobranie White, Sobranie Blues, Sobranie Blacks, Sobranie Whites, Sobranie Caster Line, Sobranie Compact Blue, Sobranie Compact Caster, LD Club Platinium, Winchester Blue KS, Kent Nano Silver, Rothmans Demi Silver, Pall Mall Nano White, Dunhill Golden və digər markalı siqaretlərdir.

Read More
Gündəm 

SOS: Xəzər kiçildikcə zəlzələlər dağıdıcı olacaq? – AÇIQLAMA

“Volqa çayından suyun istiqaməti dəyişdirilib və o, artıq tam şəkildə Xəzərə axmır. Bu, təbii proses deyil, insan müdaxiləsinin nəticəsidir. Bərpa məsələsində isə vaxt çox önəmlidir. Tələsmək lazımdır. Əgər üç il ərzində ciddi addımlar atılmasa, Xəzər çox sürətlə qurumağa başlayacaq”. Bunu tanınmış ekstrasens Qalina Bağırova Minval Politika-ya müsahibəsində 2026-ci illə bağlı proqnozlarında deyib. Onun sözlərinə görə, dənizin geri çəkilməsi zəlzələlərin daha tez-tez və güclü baş verməsinə səbəb ola bilər, çünki dəniz seysmik titrəmələri müəyyən qədər saxlayır. Ekstrasens haqlımı? Belə bir təhlükə varmı? Bakıya mümkün seysmoloji təsirlər hansılardır? Yada salaq ki, 2025-ci…

Read More
Gündəm 

Azərbaycanda kərə yağı ehtiyatı 200 dəfəyə yaxın artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır. Dekabrın 1-nə ölkədə 179,6 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 199,6 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More
Gündəm 

Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton duru bitki yağları istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır. Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,3 % və 5,6 % azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More
Gündəm 

Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 137,727 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. “İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçinin 12,569 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 31,1 % çoxdur. Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,65 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 %…

Read More
Gündəm 

Azərbaycanda kolbasa istehsalı 4 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 29 min 082,2 ton kolbasa məmulatları istehsal edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 % çoxdur. Dekabrın 1-nə ölkədə 18,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Read More
Gündəm 

Marketlərdə İndoneziya və Malayziyanın palma yağı – təhlükə…

Ekspert deyir ki, palma yağı zərərli olsa da, baha satılır 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana ümumilikdə 42 min 465,69 ton palma yağı və onun fraksiyaları idxal olunub. İdxalın ümumi dəyəri 58 milyon 428,65 min dollar təşkil edib. Hesabat dövründə ölkəyə 41 min 026,5 ton xam palma yağı və onun fraksiyaları gətirilib. Bunun 35 min 768,77 tonu İndoneziyadan, 5 min 257,73 tonu isə Malayziyadan idxal olunub. Bundan başqa, digər palma yağı və onun fraksiyaları üzrə idxal 1 439,19 ton təşkil edib. Bu məhsulların 746,94 tonu Rusiyadan (1 milyon 182,94 min dollar),…

Read More