Gündəm 

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Read More
Gündəm 

Yox olan “Artsax”ın bankı necə yaşayır? – Ermənistanda separatizmin maliyyə izi

“”Artsax” adının nə qədim, nə də müasir erməni dilində heç bir mənası yoxdur. Bu ad sırf Qarabağla bağlıdır və Ermənistan tərəfindən saxtalaşdırılmış siyasi layihənin tərkib hissəsidir”. Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistan ərazisində fəaliyyət göstərən “Artsaxbank” adlı bankdan danışarkən bildirib. Ekspertin sözlərinə görə, 2016-cı ilin noyabrında keçirilən qondarma “referendum”dan sonra separatçı rejim “Dağlıq Qarabağ” adını dəyişərək “Artsax Respublikası” kimi təqdim etməyə çalışdı: “Bu addımın məqsədi həmin qanunsuz rejimi beynəlxalq ictimaiyyətə “müstəqil dövlət” kimi tanıtmaq idi. Bu gün Ermənistanda “Artsaxbank” kimi qurumların…

Read More
Gündəm 

Avropanın Türkiyəyə əsrlik qərəzi yeni strateji əməkdaşlıqla əvəzlənir – ŞƏRH

Türkiyə-Avropa münasibətlərində yeni dövr başlayıb. Ötən gün Almaniya Kansleri Fridrix Merts Türkiyədə səfərdə olub. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın sözlərinə görə, Türkiyə-Almaniya əlaqələrində yeni bir prosesin qapıları aralanıb. O, sosial şəbəkədəki səhifəsində bildirib ki, tərəflər 50 milyard dollara çatan ticarət dövriyyəsinin həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirlər. Dövlət rəsmisi Qeyd edib ki, müdafiə sənayesi başda olmaqla geniş bir əməkdaşlıq sahəsi gələcəyə yönəlik strateji bir sinergiya vəd edir. Türkiyə ABŞ kimi Avropa İttifaqı (Aİ), yaxud quruma üzv olmayan başqa dövlət üçün Yaxın Şərqdə bir çox cəhətlərinə görə etibarlı…

Read More
Gündəm 

Azərbaycan ideoloji müharibənin mərkəzində: Daxildəki “troya atları” kimlərdir?

Müasir dövrdə dövlətin gücü artıq təkcə ordusunun sayı, yaxud iqtisadi göstəriciləri ilə ölçülmür. Bu gün ən önəmli məsələ milli kimliyin, ideoloji sabitliyin və mənəvi dayanıqlığın qorunmasıdır. Çünki fiziki sərhədlər dronlarla, raketlərlə deyil, informasiya və təbliğat vasitələri ilə də aşılır. Dünya artıq “ideoloji müharibə” mərhələsinə daxil olub. Bu müharibədə atəş səsi yoxdur, lakin nəticələri real döyüş meydanlarından daha təhlükəlidir. Sosial şəbəkələr, beynəlxalq media platformaları, “qlobal dəyərlər” adı altında yayılan konsepsiyalar dövlətlərin milli ideoloji müstəqilliyinə yönəlmiş ən təsirli silahlardır. Məqsəd sadədir: xalqları öz tarixi yaddaşından, mənəvi dayaqlarından, milli kimliyindən uzaqlaşdırmaq. Azərbaycan bu…

Read More
Gündəm 

Soğanın “göynədən” qiyməti

Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər  Bu il bır sıra regionlarda soğan sahələrindən bol məhsul toplanıb. Rəsmi rəqəmlər hələ açıqlanmasa da, regionlardan yayılan məlumatlar göstərir ki, əsas soğançılıq bölgəsi olan Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər. “Xəzər-xəbər”in məlumatına görə,  Ağdam rayonunda fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər. Fermerlər bildirir ki, hazırda 30-35 kiloqramlıq soğan kisələrini onlardan 5-6 manata almaq istəyirlər, amma bu qiymət onlar üçün zərərlidir.…

Read More
Gündəm 

Ərdoğan İrəvana Əliyevsiz gedəcək? – Sonuncu “ev tapşırığı”

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Azərbaycan və Türkiyə prezidentləri daxil, xarici dövlət rəhbərlərinə rəsmi dəvətnamələr hazırlığına başladığını bildirib. Söhbət gələn ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitindən gedir. Az öncə Baş nazir Nikol Paşinyan şifahi şəkildə İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğna dəvət göndərmişdi. Parlamentin spikeri Alen Simonyan isə bu gün bəyan edib ki, İrəvan İlham Əliyev və Ərdoğanın sammitdə iştirakını təmin etməyə hazırdır. “Biz hər şeyi edəcəyik ki, Əliyev və Ərdoğan burada özlərini rahat və təhlükəsiz hiss etsinlər,” – Simonyan əlavə edib… Hələlik nə Bakı, nə…

Read More
Gündəm 

Meyitdən 19 yaşlı gəncə ürək transplantasiya edildi – Azərbaycanda ilk

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə məlumat yayıb. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib. Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi…

Read More
Gündəm 

100 məktəbə 85 milyon – dəyişən nə olacaq?

Şagirdlərin repetitor yanına getmək məqsədilə başqa bölgələrin məktəblərinə yazdırılmasına son; ekspertlər deyir ki, şagird sayı az olan məktəblərin maliyyəsi azaldılacaq  Növbəti ildən etibarən ölkənin ümumi təhsil sistemində mühüm yenilik gözlənilir. Belə ki, 2026-cı ildə Azərbaycanda 100 məktəbin adambaşına maliyyələşmə mexanizminə keçidi planlaşdırılır. Yeni model hələlik pilot proqram çərçivəsində həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hələlik bu mexanizmin hansı məktəblərdə tətbiq ediləcəyi açıqlanmayıb. Bəzi ekspertlərə görə, adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi məktəblərin bir sıra izafi xərclərinin azalmasına, o cümlədən tədrisin təşkilində…

Read More
Gündəm 

44 Günlük Vətən müharibəsi: Müasir dövrümüzün vətənpərvərlik nümunəsi

XX əsrin 1980-ci illərinin sonları və 1990-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları irəli sürərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik və idarəolunmaz vəziyyətdən istifadə edən Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal etdi. Ermənistan tərəfindən həyata keçirilən məqsədli etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycan ərazilərinin işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi məqsədilə 30 ilə yaxın…

Read More
Gündəm 

Bir medalın iki üzü

Yaxud Ramiz Mehdiyevin məktubu dağıdıcı müxalifət düşərgəsini niyə qarışdırdı?.. Bu günlərdə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq sədri, hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, vətənə xəyanət və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərin leqallşadırılması madələri ilə ağır cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi həyata keçirmək istədiyi ilə bağlı üzə çıxan məktubu dağıdıcı müxalifət düşərgəsinin “başbilənləri”ni yumşaq tərzdə desək, üz-üzə qoyub. Belə ki, iki gün bundan əvvəl Mehdiyevin məktubuna münasibət bildirən Müsavat Partiyasının başqanı  İsa Qəmbər qeyd edib ki, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və…

Read More