Gündəm 

Ramiz Mehdiyevin Azərbaycana xəyanətini sübut edən Kremlə yazılan məktub üzə çıxdı – FOTOFAKT

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib. Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı. Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir. Musavat.com Apa-ya istinadən Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir. Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə…

Read More
Gündəm 

Ramiz Mehdiyevin indiyədək gizli qalan baldızı və oğlu… – TƏFƏRRÜAT

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. “Baku Oksford Məktəbi”nin əsl təsisçisi Nailə Rzayevanın Teleqraf-a müsahibəsində bir ad xüsusi diqqət çəkmişdi – Çanturiya Nazı Qeorgiyevna. Nailə Rzayeva müsahibəsində bildirmişdi ki, sözügedən məktəb məhz PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə “Baku Steel Company”nin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun təzyiqi nəticəsində Rzayevlər ailəsindən alınıb, heç bir ödəniş edilmədən öz adlarına keçirilib. Bu zaman Nazı Çanturiya 50 faizdən çox paya sahib olub. Bəs, adıçəkilən, barəsində indiyədək mətbuatda…

Read More
Gündəm 

Şəkinin su infrastrukturu üçün 90 milyon avro ayrılacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin, həmçinin çirkab suların təmizlənməsi stansiyasında bioloji təmizləyici qurğuların tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 89 milyon avro məbləğində kredit verilməsi imkanını araşdırır. Layihə Şəki və qonşu yaşayış məntəqələrində – Oxud, Kiş və Qoxmuqda etibarlı su təchizatı və tullantı su şəbəkəsini təmin edən müasir və davamlı infrastrukturun yaradılmasına, həmçinin daşqınlardan müdafiə üçün yağış suları sistemlərinin genişləndirilməsinə yönəlib. “Layihənin təmizlənməmiş çirkab sularından yaranan çirklənməni və emissiyaları azaltmaq, səth sularının keyfiyyətini yaxşılaşdırmaq…

Read More
Gündəm 

Gecikmiş kreditlərin məbləğində rekord – Bağışlamaq olarmı?

Son 5 ildə əhalinin ödəmə vaxtı keçmiş borclarının həcmi dəyişib; iqtisadçı sərt qərarların tətbiqini təklif edir Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir. 2024-cü ildə gecikmiş kreditlərin həcmi 473,1 milyon manat olub ki, bu da 2023-cü ilin 534,3 milyon manatlıq göstəricisindən 61,2 milyon manat və ya 11,45% az deməkdir. Yəni həmin il…

Read More
Gündəm 

Azərbaycan bu ölkənin xilasına tələsir – Qarşıdakı qış…

Ukraynaya qaz satmaq istəyən Bakıya hər hansı təzyiq rıçağı varmı? Ukrayna Azərbaycandan qaz tədarük edə bilər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, ehtiyac olarsa, qaz alışı həyata keçirilə bilər: “Əlavə qazı Yunanıstandan da əldə edə bilərik. Müxtəlif ölkələrlə də razılaşma var. Həmçinin Azərbaycanla da. Hamı bu istiqamətdə işləyir. Qaz məsələsi həll ediləcək”. Qeyd edək ki, Rusiya son aylarda Ukraynanın qaz hasilatı və nəqli infrastrukturuna dayanmadan zərbələr endirir. Xüsusilə oktyabrın 3-də endirilən kombinə olunmuş zərbələr ölkənin qaz hasilatını dəfələrlə azaldıb. Bloomberg-in məlumatına görə, Ukrayna 3 oktyabrda…

Read More
Gündəm 

“ƏDV geri al” gözəllik salonlarını silkələdi – qiymətlər qalxacaqmı?

“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Suallar yaranır ki, gözəllik salonu və kosmetoloji…

Read More
Gündəm 

Vətəndaşlar kredit borcunu niyə qaytarmır – səbəb gəlirdir, yoxsa..?

Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir. Gecikmiş kreditlər problemi necə həll edilə bilər, bağışlanması mümkündürmü? Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanda gecikmiş kreditlərin həcmi getdikcə artır: “İlk baxışda rəqəmlər kiçik görünsə də, əslində bu tendensiya çox ciddi təhlükənin xəbərçisidir. Doğrudur, hazırda problemli kreditlərin ümumi…

Read More
Gündəm 

“Maşa və Ayı”nın BÖYÜK yalanı – Zaxarova Türkə nifrəti niyə körükləyir?

Xalqları bir-birinə qarşı qaldırıb konfliktləri idarə eləmək qartımış Rusiya imperiyasının köhnə vərdişidir. Təəssüf ki, Kreml bu siyasətdən hələ də imtina eləməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən günkü açıqlaması buna zərrəcə şübhə saxlamır. Sən demə, “Maşa” baş nazir Nikol Paşinyan daxil, erməni rəsmilərinin uydurma “erməni soyqırımını” xarici siyasətin prioritet mövzusu saymamasından əməlli-başlı sarsıntı keçirib. “Timsah” göz yaşlarını saxlaya bilməyən Zaxarova deyib: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin…

Read More
Gündəm 

Qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülhün, əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. “Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən…

Read More
Gündəm 

Humanitar diplomatiya Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir

Müasir dünyada dövlətin beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən biri onun humanitar sahədə apardığı siyasətdir. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır. Bu prosesdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu xüsusilə diqqətəlayiqdir. Mehriban Əliyevanın fəaliyyəti yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə humanist dəyərlər, mədəni irs, təhsil və sağlamlıq sahələrində təşəbbüskar mövqeyini nümayiş etdirir. Mehriban Əliyevanın təşəbbüsləri vasitəsilə Azərbaycan dünyada mədəni müxtəlifliyin qorunması, təhsilin əlçatanlığı, qadınların və uşaqların hüquqlarının müdafiəsi kimi sahələrdə aktiv tərəfdaş kimi tanınır. Birinci vitse-prezident hesab edir ki, dövlətin beynəlxalq nüfuzu təkcə iqtisadi…

Read More