Cümə, 26 İyn, 2026

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. ETSN-dən bildirilib ki, mayın 9-da günün ikinci yarısından başlayaraq mayın 11-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Mayın 10-da arabir yağış yağacağı, […]

Sabah Bakıda 22 dərəcə isti olacaq

Mayın 9-na gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. […]

Bu gün hava NECƏ OLACAQ?

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 […]

Sabahın havası açıqlandı: Yağış, duman

Azərbaycanda mayın 8-də müşahidə olunacaq hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir, gecə və səhər isə bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Bakıda gecə 12-14, gündüz isə […]

Bakıda temperatur iqlim normasından yuxarı olub – FAKTİKİ HAVA

Mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Şahdağda qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Sədərəkdə 32 (aylıq normanın 81 faizi), Kişçayda (Şəki) 25, Ağstafada 24 (aylıq normanın 45 faizi), Tovuzda 22 (aylıq normanın 41 faizi), Yardımlıda 19 […]

Şahdağa qar yağdı – FAKTİKİ HAVA

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb. Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Şahdağda qar yağıb. Düşən yağıntının miqdarı Sədərəkdə 32 (aylıq normanın 81 faizi), Kişçayda (Şəki) 25, Ağstafada 24 (aylıq […]

Sabahın havası: Leysan, şimşək, dolu

Azərbaycanda mayın 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 18-21, Bakıda gecə 14-16, gündüz 18-20 […]

Yayda dəhşətli istilər olacaq? – Umayra Tağıyeva AÇIQLADI

Xəbər verdiyimiz kimi, NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmit araşdırmasında 2020-ci ildə planetdə havanın temperaturunun rekord həddə yüksələcəyini qeyd edib. Yer kürəsinin belə bir durumla üzləşmək ehtimalı 60 faizdir. Milli Okean və Atmosfer Mərkəzindən (NOAA) verilən açıqlamada isə bu nisbətin 75 faiz olduğu bildirilir. Başqa sözlə, 2020-ci ilin indiyədək müşahidə olunmuş 5 isti ildən […]

Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 6-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. […]

Hava kəskin dəyişir – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə, 3-5 dərəcə […]