Region Xəbərləri 

Seçim vaxtıdır!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan diplomatik uğurları tarixi həqiqətlərə, real faktlara əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında diplomatik üstünlüyümüz, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu xüsusi yer tutdu. Ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə əsas çağırışlarından biri dünyanın ikili standartlara əsaslanan siyasətə son qoyub beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsidir. Bu məqamı da…

Read More
Region Xəbərləri Təhsil 

Qarabağ Regional Təhsil İdarəsi

Avqustun 7-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri) vəzifəsinə işə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 95 nəfər namizədin iştirak etdiyi imtahan Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin inzibati binasında təşkil edilib. İdarə müdiri Gündüz Əbdülov və idarənin əməkdaşları imtahan prosesini izləyiblər. Namizədlərə uğurlar arzulayırıq!

Read More
ARAN TV ARAN TV Radio Region Xəbərləri 

Bərdə rayonunda abadlıq işləri davam etdirilir VİDEO+FOTO

Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə başladılan abadlıq işlərində Bərdə bələdiyyəsinin, şəhər İcra nümayəndəliyinin, Mənzil İstismar sahəsinin, Yaşıllaşdırma İdarəsinin, Kommunal Müəssisələr Birliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən işıq dirəklərinin kabelləri yenisi ilə əvəz olunmuş, oturacaqlar, zibil qutuları və gül dibçəkləri rənglənmiş, yeni gül kolları əkilmiş, ağaclar budanmış, dağılmış aqlay daşları bərpa olunmuşdur. Görülən işlər rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır. https://www.youtube.com/watch?v=Tpl7GMUf2lM&t=12s

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə rayon ərazisində bir sıra abadlıq və quruculuq işləri görülmüşdür.

Ulu Öndərin adını daşıyan prospektdə və Mərkəzin ətrafında ağaclar,dekorativ bitkilər və gül kolları budanmış,təzə gül və dekorativ bitkilər əkilmiş,piyada səkilərinin dağılmış hissələri bərpa olunmuş, piyada keçidləri, yol xəttləri rənglənmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iş görülən ərazilərdə olmuş və işlərin gedişi ilə tanış olmuşdur. Abadlıq işləri davam etdiriləcəkdir.

Read More
Region Xəbərləri 

Bərdədə kanalın bəndinin uçması nəticəsində həyətlərə dolan suyun çəkilməsi işləri aparılmışdır.

02 avqust 2023-cü il tarixdə Yuxarı Qarabağ kanalının bəndinin bir hissəsinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndinin ərazisinə ziyan dəymiş, kənd qəbirstanlığı və yaşayış evlərinin zirzəmisini su basmışdır. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində Bərdə rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və aidiyyəti qurumlar əraziyə cəlb olunmaqla bəndin uçmuş hissəsi bərpa olunmuşdur. Qaraqoyunlu kəndinin sakinlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülmüş, FHN-nin Qarabağ Regional Mərkəzinin və rayon Fövqəladə Hallar Komissiyasının birgə əməkdaşlığı ilə texnika və avadanlıqlar cəlb olunaraq zirzəmi və…

Read More
Region Xəbərləri 

Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb

Avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.

Read More
Region Xəbərləri 

Bərdə-Ağdam dəmir yolu xəttində işlər nə yerdədir? – FOTO

Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib. Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan ikisi müxtəlif ölçülü körpülərdir. Ümumilikdə tikinti işlərinin 70%-i tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.  

Read More
Region Xəbərləri 

Bərdə sakinlərinin su problemi həll olundu – VİDEO

Bərdə rayonunun Mehdixanlı kəndində subartezian quyusu bərpa edilərək istifadəyə verilib. ARANTV.AZ xəbər verir ki, sakinlər hazırda əkin sahələrinin susuz qalmayacağı üçün məmnundurlar. Qeyd edək ki, sözügedən ərazidə subartezian quyusunun su nasosunun istifadəyə yararsız olması ərazidə yerləşən hektarlarla əkin sahəsinin susuz qalmasına səbəb olmuşdu.

Read More
Bölgə Region Xəbərləri 

Bərdə rayonu Qaradəmirçi kənd ərazisində olan bayraqlar yeniləri ilə əvəz olunub-FOTO

Bərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Qaradəmirçi kənd inzibati ərazi dairəsinin giriş hissəsində və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəfərov Oruc Vaqif oğlunun, Qarayev Elton Elman oğlunun, Ələkbərli Samir Şamil oğlunun, Abışov Asif Əlövsət oğlunun, Yusifzadə Xudayar Müslüm oğlunun xatirə lövhələrinə asılmış 10 ədəd Azərbaycan və 10 ədəd Türk bayraqları yeniləri ilə əvəz edilmişdir.

Read More
Region Xəbərləri 

Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi

“Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”, – “Euronews” telekanalına müsahibəsində dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”. Laçın yolunda hərəkət azadlığı bloklanmayıb- Prezident bildirib. Dövlət başçısı qeyd…

Read More