Bölgə Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilmişdir

Xalqımızın Ümummilli Lideri müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə şəhərində konsert proqramı təşkil edilib. Bərdə şəhər Mərkəzi meydanında baş tutan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət xadimlərinin və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin müxtəlif musiqi nömrələrini dinləyiblər. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Prezident təqaüdçüsü, əmək qəhrəmanı, Ulu öndərlə dəfələrlə görüşmüş Tərlan Musayeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclər, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konsertin sonunda rayon…

Read More
Bölgə Region Xəbərləri 

Bərdədə şəhid və qazi övladları sünnət edildi-VİDEO

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti xeyriyyə tədbiri keçirilib. 50-yə yaxın Şəhid, Qazi və aztəminatlı ailənin övladları sünnət edilib, adlarına kiçik toy məclisi düzənlənib. Məclis təmənnasız şəkildə “Princ” restoranında baş tutub. Bu xeyirxah əməldə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun, eləcə də Şəhid anaları, Mehparə Qəribova, Xuraman Naibova,və Pərvanə Nadirovanın da xüsusi rolu olub. Tədbirdə adları çəkilən şəxslərlə yanaşı, şəhid,qazi ailələri, rayon içtimayətinin nümayəndələri də iştirak ediblər. Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin…

Read More
ARAN TV ARAN TV Radio Bölgə Region Xəbərləri 

Ulu öndər Heydər Əliyevlə görüşən Bərdəli sağıcı-VİDEO

Heydər Əliyev işləyənin qədrini bilər, çəkilən zəhməti lazımınca qiymətləndirərdi. Bərdə rayon sakini Fərqanə Adıgözəlova ömür kitabının hər səhifəsindəki uğurlarda ulu öndərin böyük rolu olduğunu deyir. Bərdə rayon sakini, sağıcı Fərqanə Adıgözəlovanın əmək fəaliyyətinə başladığı illər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Günlərin birində gələcək südçü gənc qadına tez-tez Bərdəyə gələn ümummilli liderlə görüşmək nəsib olur. O dövrdə kalxozda təcrübə keçən Fərqanə xanım ali təhsil almaq təşəbbüsü də ümummilli liderdən gəlir. 20 yaşında Fərqanə Gəncə şəhərində Kənd təsərrüfatı üzrə alı təhsil alır. Fərqanə Adıgözəlova deyir ki, ulu öndər Heydər…

Read More
Bölgə Region Xəbərləri 

“Oyuq”çular yubileylərini Talışda qeyd edir-VİDEO

Azərbaycan Dövlət Kukla Teatrı və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa nümayiş olunub. Tədbir teatrın “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlərindən biridir. Kuklaçılar talışlı teatrsevərlər qarşısında repertuarlarındakı maraqlı nümunələrdən biri – “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış ediblər. Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır. Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda…

Read More
Bölgə Gündəm Region Xəbərləri 

Bərdədə “Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirib-VİDEO

YAP Bərdə rayon təşkilatı “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 5-də rayon Mədəniyyət Mərkəzində “Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini, rayon Şəhidlər xiyabanını, mülki şəhidlərin xatirəsinə salınmış Xatirə lövhəsini ziyarət ediblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxış olub. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban…

Read More
Region Xəbərləri 

Xatirələrdə yaşayan ömür

Hər bir millətin, hər bir dövlətin tarixdə tanınmış öz şəxsiyyətləri, öz liderləri olmuşdur. Belə insanlar həyatda gördükləri işləri, apardıqları siyasətləri ilə tarixə düşmüşlər. Tarix də belə insanları yaşada-yaşada gələcək nəsillərə tanıtmaq üçün zaman-zaman bir-birinə ötürmüşdür. Belə şəxsiyyətlərdən biri də millətimizin həmişə qəlbində yaşayan millətinə, xalqına, torpağına, adət-ənənəsinə, dilinə, dininə, elminə, mədəniyyətinə canı, qanı ilə bağlı olan, Azərbaycanın qurucusu, memarı ulu öndərimiz Heydər Əliyev olmuşdur. Dünya şöhrətli liderimiz Heydər Əliyevə Azərbaycan dövlətinə rəhbərlik etmək iki dəfə qismət olmuşdur. 1-ci hakimiyyət dövründə respublikamızı bütün Sovetlər birliyində tanıtmışdır. Azərbaycanın inkişafı üçün ölkədə hər…

Read More