Region Xəbərləri 

Bərdədə:“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib

Bərdə rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə  Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak ediblər. Öncə tədbir iştirakçıları Bərdə Diaqnostika Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyasının və şəhər məktəblilərinin əl işlərindən və rəsm əsərlərindən, həmçinin Heydər Əliyev Mərkəzinin eksponatlarından ibarət sərgi ilə tanış olublar. Tədbir Bərdə Diaqnostika Mərkəzinin akt zalında davam edib.Sonra “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Vüsal Məmmədov “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə ilə çıxış…

Read More
Region Xəbərləri Təhsil 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bu gün 7 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehparə Mustafayeva Ulu Öndərin yaşadığı  mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan…

Read More
Region Xəbərləri 

Böyük Qələbə, qüdrət və tərəqqinin şahidləriyik!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri      “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” Ulu Öndər Heydər Əliyevin 20 sentyabr 1999-cu il tarixdə keçirilən “Əsrin müqaviləsi”nin beşinci ildönümündə söylədiyi bu fikirlər günümüzün reallıqlarında öz təsdiqini tapıb. Bu gün böyük fəxr hissi ilə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasından bəhs…

Read More
Region Xəbərləri 

Yardımlıda pərakəndə ticarət dövriyyəsi 11,4 faiz artıb

Yanvar-mart aylarında Yardımlı rayonu üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyon 379,2 min manatlıq, o cümlədən 11 milyon 129,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyon 250 min manatlıq qeyri-ərzaq malları satılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində real ifadədə 11,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq malları üzrə isə 23,7 faiz artım qeydə alınıb. İstehlak məhsullarının dəyər ifadəsində 8,2 faizi ticarət müəssisələri, 91,8 faizi isə fərdi sahibkarlar…

Read More
İdman Region Xəbərləri 

Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən idman klubunun bir qrup üzvü Fəxri Diplomlarla təltif edilib.

ARANTV.AZ   xəbər verir ki, Bərdə rayonunda fəaliyyət göstərən “Raul Fight” idman klubunun bir qrup üzvü Bərdə rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Diplomlarla təltif edilib : MMA idman növünün inkişafında göstərdiyi xidmətlərə görə “Raul Fight” idman klubunun təsisçisi və məşqçisi Məmmədov Rauf Sədrəddin oğlu MMA idman növündə əldə etdiyi nailiyyətlərə görə klubun idmançıları Həsənzadə Ayxan Vüqar oğlu Mahmudov Emin Qəzənfər oğlu Səfərli Nurlan İlham oğlu Məmmədli Raul Rauf oğlu Əlizadə Bəxtiyar Vüsal oğlu İbrahimov Elsevər Elvin oğlu Məmmədov Ülvi Elşən oğlu                

Read More
Region Xəbərləri 

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər sayəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər öz həllini tapıb. Respublikamızda görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr gələcəkdə də bu müsbət dinamikanın saxlanılacağından, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir. İqtisadi göstəricilər uğurların davamlı olmasını göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Ramazan bayramını şəhid ailələri ilə birlikdə keçirmişlər. 

ARANTV.AZ xəbər verir ki,YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın sədr müavini Elməddin Əsgərxanov, məsləhətçi Nurayə Məmmədova və partiya fəalı, “Bərdə – Çörək” ASC-nin rəhbəri Məhərrəm Səfiyev Ramazan bayramı günündə Vətən müharibəsi şəhidləri – “Qarabağ” ordenli şəhid Asəf Əsgərovun, “Azərbaycan bayrağı” ordenli şəhid Dövran Naibovun, ölümündən sonra üc medala layiq görülmüş şəhid Ərəstun Xıdırovun ailəsində olmuş, Ramazan bayramını onlarla birlikdə qeyd etmişlər. Görüş zamanı Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun tarixi Zəfərindən və bu qələbəni qanları və canları hesabına əbədilik…

Read More
Region Xəbərləri 

Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi yolunda əmin addımlarla irəliləyir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin, reallaşdırılan layihələrin nəticəsi olaraq ölkə iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar…

Read More
Bölgə Kriminal Region Xəbərləri 

Bərdədə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib-VİDEO

Bərdədə bir nəfərin həyatına son qoyan ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Saatlı kəndində qeydə alınıb. Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən “VAZ-21099” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “VAZ-21011” markalı avtomobil toqquşub. Şahidlərin bildirdiyinə görə, qəza zamanı “VAZ-21011” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzaya yüksək sürətin səbəb olduğu deyilir. Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir. Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır. ARANTV

Read More