Category: Region Xəbərləri
Bərdədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib
Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibəti ilə Bərdə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadliniskaya, icra aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, şəhid ailələri, müharibə əlilləri, YAP-ın fəalları, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən…
Read MoreBərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbin də “Heydər Əliyev və Üzeyir Hacıbəyli sənəti” adlı ədəbi – bədii gecə keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə bağlı Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbin də “Heydər Əliyev və Üzeyir Hacıbəyli sənəti” adlı ədəbi – bədii gecə keçirilmişdir. Gecə də Ulu öndərin mədəniyyət və incəsənət sahəsində əhəmiyyətli tədbirlərdən o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəyli sənətinə verdiyi yüksək qiymətdən söz açılmış, onun 1995 ci ildə Üzeyir Hacıbəylinin anadan olduğu günü – 18 sentyabr tarixini – Milli musiqi günü kimi təsdiq etdiyi fərmandan danışılmışdır.
Read MoreBərdə rayon İcra Hakimiyyəti başçısının Cəyirli kəndində səyyar qəbul-görüşü keçirilib
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Cəyirli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, 1 ədəd avtobus dayanacağının quraşdırılması, yeni tibb məntəqəsinin tikilməsi, subartezian…
Read MoreAzərbaycan İran münasibətləri yeni formatda
Azərbaycan dövləti tarixən öz qonşu ölkələri ilə yüksək əlaqələr qurmuş, regionda sülhün davamlı olması üçün çalışmışdır. İran- Azərbaycan münasibətləridə məhz bu məsələrə bir nümunədir. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də keçirilən görüşü, regional və ikitərəfli münasibətlər baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilə bilər. Bu görüş bir neçə vacib aspektdən diqqətə layiqdir:…
Read MoreAzərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır
Zaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu “Bir kəmər, bir yol” layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – “China Global Television Network” telekanalına…
Read MoreHeydər Əliyev və Azərbaycan dili – Milli kimliyimizin dayağı
Azərbaycan dili bizim milli varlığımızın, mədəniyyətimizin, tariximizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. Bu dil yalnız bir ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın yaddaşı, düşüncə tərzi və milli ruhunun daşıyıcısıdır. Bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə hər zaman böyük önəm vermiş, onu qorumağı və inkişaf etdirməyi milli vəzifə kimi qiymətləndirmişdir. Heydər Əliyev dil məsələsinə sadəcə bir mədəniyyət elementi kimi deyil, dövlət siyasətinin vacib istiqaməti kimi yanaşırdı. Onun təşəbbüsü ilə Azərbaycan dili sovet ideologiyasının üstün olduğu bir dövrdə belə qorundu, inkişaf etdirildi və rəsmi səviyyədə tanındı. Sovet dövründə -1970-ci…
Read MoreAğcabədidə su kanalının sahilindən avtomat aşkarlanıb-Video
Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb. Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.
Read MoreBərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib. ARANTV.AZ xəbər verir ki, AQTA-dan verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq – Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati…
Read MoreÇin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.
Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının nüfuzlu Sinxua agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müsahibə zamanı ölkə başçımız iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə geniş və çoxşaxəli əməkdaşlığı ətraflı şəkildə şərh edib. Xüsusilə 2023-cü ilin oktyabrında Pekində keçirilmiş “Kəmər və Yol” Beynəlxalq Forumunda Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutmuş görüşün nəticələri ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.…
Read More