Region Xəbərləri 

Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb-VİDEO

Bərdə Rayon Polis Şöbəsinə rayon sakini Əli Məmmədovun 1500 manat müqabilində “Makarov” markalı tapança satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində Ə.Məmmədov saxlanılıb. Ondan “Revolver” və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.   Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan reallıqları…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Lənbəran və Mirzəxan-Qaraqoyunlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib. Görüşlərdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti ilə Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Təşkilat sədri çıxışında müzəffər Liderimizin Azərbaycana hər sahədə qazandırdığı uğurların xalqımızın gələcəyə olan inamını və qürurunu…

Read More
Region Xəbərləri 

Uğurlarımızın miqyası olduqca genişdir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Hər bir ölkənin inkişafında iqtisadi faktor əsasdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin vəhdətliyi fonunda qazandığı uğurların miqyası olduqca genişdir. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən amillərdən, uğurlarımızın təqdimatı olan sosial-iqtisadi göstəricilərdən bəhs etdi. Vurğuladı ki, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artıb. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoru 6 faizdən çox artıb.  Nəzərə alsaq ki,…

Read More
Region Xəbərləri 

Qərbi Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri, qədim türk-oğuz yurdu olan Dərələyəz mahalı mənim həmi ata yurdum həmi ana yurdumdur Zəngəzur mahalı ilə bitişik olub.

Mütəxəssislər “Dərələyəz” toponiminin “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığı ehtimal edirlər. Bu mahal, havası, suyu, təbii nemətləri ilə Naxçıvanla Göycə arasında, həqiqətən, nəhəng və cənnətməkan bir dərəyə bənzəyir. Uca dağları, dərin dərələri, əlverişli gözəl iqlimi, dağ çayları, güllü-çiçəkli çəmənləri ilə göz oxşayır. İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Dərələyəzi bütün Cənubi Qafqazı qarış-qarış gəzən milliyətcə fransız olan rus etnoqrafı İvan Şopen “Qafqazın İsveçrəsi” adlandırmışdı. Dərələyəzi. Həqiqətən də bu ada layiqdir. Dərələyəz mahalında Ələyəz adında kənd də olub. Nənəm Züleyxa xanım dediyinə görə, Dərələyəzdə ələyəz adında…

Read More
Region Xəbərləri 

Xoşbəxt gələcəyə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Körpüsındıran və Lək bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Görüşlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, növbəti bələdiyyə seçkiləri YAP üçün yalnız bir seçki prosesi deyil, həm də ölkənin inkişafı və sosial rifahı üçün yeni imkanların açılması baxımından önəmlidir. Rayon təşkilatının sədri YAP-ın seçki proqramı haqqında ətraflı danışıb,…

Read More
Region Xəbərləri 

Yeni strateji məqamlar və milli prioritetlər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə, 2024-cü ilin sosial-iqtisadi yekunları, beynəlxalq əlaqələr, regional təhlükəsizlik və digər mühüm məsələlərlə bağlı ətraflı məlumatlar təqdim edib. Müsahibə zamanı müxtəlif sahələrdə əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr izah edilərək, Azərbaycanın cari mövqeyi və gələcək planları geniş şəkildə şərh edilib. Cənab İlham Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: “Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən…

Read More
Region Xəbərləri 

YAP yeni qələbə ərəfəsindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Gərənə və Həsənqaya bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib. Görüşlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyur. Ölkəmiz genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatımızda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə…

Read More
Region Xəbərləri 

Parlaq gələcək və tərəqqi naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Kətəlparaq və Şirvanlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb, ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə danışıb. Seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə üzvlüyünə namizədlər Baxşeyiş Abdullayev, Bayram…

Read More
Region Xəbərləri 

Əsl dostluq və qardaşlıq nümunəsi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gördüyü təxirəsalınmaz işlər, atdığı addımlar ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Dövlət başçısı İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verdi. Ölkə Prezidenti müsahibədə bir daha bildirdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif…

Read More
Region Xəbərləri 

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib VİDEO

Polis əməkdaşları tərəfindən edilən çağırışlara baxmayaraq əllərdə olan silah-sursatı könüllü təhvil verməyən şəxslərin əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan “Kalaşnikov” avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu…

Read More