Region Xəbərləri 

Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür

İkinci Qarabağ müharibəsinin ən faciəli hadisələrindən biri olan Bərdə şəhərinə raket hücumundan dörd il ötür. Musavat.com xəbər verir ki, 2020-ci ilin 28 oktyabrında Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketlərindən istifadə etməsi nəticəsində Bərdə şəhərində dinc sakinlərin sıx yerləşdiyi yaşayış məntəqələri və ticarət obyektləri ağır hücuma məruz qaldı. Bu hücum zamanı Ermənistanın beynəlxalq hüquqla qadağan edilmiş kaset bombalarından istifadə etdi ki, nəticədə 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı şəhid oldu, 70-ə yaxın insan yaralandı. Həmçinin bir çox mülki obyekt və avtomobil yararsız vəziyyətə düşdü və şəhərə böyük miqdarda…

Read More
Region Xəbərləri 

Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar

Cəbrayıl Rayon Polis Şöbəsinə Əmirvarlı kəndi ərazisindən “Shacman” markalı yük maşınının qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar. Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

25 oktyabr – Qubadlı şəhəri günü ilə əlaqədar

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir. Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi:…

Read More
Region Xəbərləri 

Qubadlıya öz sahibləri qayıdıb .Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi .

“ Qubadlıya öz sahibləri qayıdıb .Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi . Oktyabrın 25 – də Qubadlı şəhərinin azad olunması bizim qələbəmizi yaxınlaşdırırdı.” – Prezident Ali Baş Komandan İlham Əliyev.   Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub -qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük qələbəni daha da yaxınlaşdırdı. 44 günlük vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin…

Read More
Hadisə Region Xəbərləri 

Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan Arantv.az -a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilb. Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.

Read More
Region Xəbərləri 

Bu gün Bərdə rayonundan Vətən müharibəsinin dastana dönən şəhidi – Yusifzadə Xudayar Müslüm oğlunun şəhadətindən dörd il ötür.

Bununla əlaqədar Bərdə şəhər Şəhidlər Xiyabanında şəhidimizin anım mərasimi keçirilmişdir. Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə #Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də #Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamları ilə gizir Yusifzadə Xudayar Müslüm oğlu ölümündən sonra “Azərbaycan Bayrağı”…

Read More
Region Xəbərləri 

AR gənclər fondunun dəstəyi ilə keçirilən “Qarabağ irsinin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi uğurla başa çatmışdır.

Layihə çərçivəsində Xocavənd və Beyləqan rayonlarından olar, hər biri 5 nəfərdən ibarət 9-11-ci sinif şagirdlərindən təşkil olunmuş ümumilikdə 20 komanda ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyun formatında mübarizə aparmış, final mərhələsində Beyləqan rayonunun Araz qəsəbə tam orta məktəbinin “Araz” komandası qızğın mübarizənin yekununda turniri qələbə ilə başa vurmuşdur. Layihənin təşkilində əsas məqsəd xüsusilə böyük qayıdış ərəfəsində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, qarabağın tarixi, mədəniyyəti, folkloru və s. barədə maarifçilik işinin təşkili, habelə Qarabağın bərpası və dirçəldilməsində gənclərin rolunun artırılması istiqamətində stimul verməkdir. Layihə yerli ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilmişdir.…

Read More
İdman Region Xəbərləri 

“Qarabağ İnciləri” layihəsinin açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilib. Layihənin ilk tədbiri Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə keçirilib. Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə iştirakçılara layihə rəhbəri Könül Vəliyeva tərəfindən “Qarabağ İnciləri” layihəsi haqqında məlumat verilib, məktəb direktoru Tofiqə Məmmədova layihənin həmin məktəbdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan…

Read More
Region Xəbərləri 

Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edildi.

Azərbaycan-İran əlaqələri çox köklü tarixə malikdir, eyni zamanda iki qonşu ölkə arasındakı sərhəd də tarixi əhəmiyyətə malikdir. 1913-cü ildə imzalanan Gülüstan Müqaviləsi nəticəsində Rusiya Azərbaycanın ərazilərini ələ keçirdi və beləliklə Azərbaycan-İran arasında müasir sərhad çəkilir (Naxçıvan bölməsi istisna olmaqla). 1928-ci ildə Rusiya-İran müharibəsinin nəticəsində imzalanan Türkmənçay Müqaviləsinə əsasən İran tərəfi Naxçıvan və Zəngəzuru Rusiyaya vermək məcburiyyətində qalır və beləliklə sərhəd formalaşır. I Qarabağ Müharibəsinin nəticəsində erməni terrorist qüvvələri tərəfindən Zəngilan rayonunun sərhədboyu kəndlərini və Ağbənd qəsəbəsi sərhəd zastavasını işğal edilir və bununlada Azərbaycan-İran deformasiya edilir. 27 illik işğaldan sonra müzəffər…

Read More