Region Xəbərləri 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə rayonunda ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax-Ağdam magistral avtomobil yolunun rayonun Samuxlu, Qazıqurdalı, Əliyanlı, Şirvanlı və Kətəlparaq kəndləri ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Bərdə Rayon İcra Hakimiyyətinin və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik…

Read More
Region Xəbərləri 

Layihələr uğurla icra edilir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dörd  ildir ki, torpaqlarımızın işğal tarixlərini deyil, azad olunduqları günləri qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  çıxışlarında “Torpaqlarımız işğaldan azad ediləcək” deyil, “İşğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır” bəyan edir. Günümüzün reallıqları fonunda hədəflər də yenilənib. Artıq əsas məqsəd sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın bu ərazilərə  qayıdışı ilə yeni həyatın başlanmasıdır. Bu torpaqların hər biri özünəməxsus iqtisadi imkanlara, potensiala malikdir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi,  “Azərbaycan…

Read More
Region Xəbərləri 

Qalib ölkənin vətəndaşı olaraq işğaldan azad edilmiş ərazilərimizdə şəhər günlərinin qeyd olunmasının sevincini yaşayırıq.

23 avqust 1993-cü il tarixində I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən Füzuli rayonunun əksər hissəsi işğal edilmişdi. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Füzuli…

Read More
Region Xəbərləri 

20 oktyabr-Zəngilan şəhəri günü

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparıldı. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Onun tərkibinə Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları daxil idi. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edildi. 1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra Azərbaycan torpaqları bolşeviklərin hakimiyyəti altına keçdi. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirilir. Aşağı hissəsi isə Azərbaycan SSRİ-nin tərkibində qalır. Buraya Laçın, Qubadlı və Zəngilan bölgələri daxil idi. Zəngilan 1930-cu il…

Read More
Region Xəbərləri 

Uğurlarınız davamlı olsun, əziz gənclər!

YAP Bərdə rayon təşkilatının komandası bilik yarışında zona üzrə ikinci yerə çıxıb. Bugün YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya təşkilatın Aparatının əməkdaşları ilə birgə rayon təşkilatının komanda üzvlərini Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunun Ağcabədidə keçirilən zona yarışmasında iştirak etmək üçün yola salmışdır. Yarışda YAP Bərdə rayon təşkilatının komanda üzvləri zona üzrə ikinci yerə çıxaraq respublika turnirində iştirak etmək hüququ qazanıblar. Gənclərimizi təbrik edir, növbəti yarışda uğurlar və respublika turnirində qalibiyyət arzulayırıq!

Read More
Hadisə Region Xəbərləri 

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb VİDEO

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Range Rover” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verilib. Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Read More

“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır” – FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 17-də Bərdə şəhərində “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır” mövzusunda tədbir keçirilib. ARANTV.AZ  xəbər verir ki,  tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Bərdə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və…

Read More
Region Xəbərləri 

Ağcabədidə məktəblilərlə görüş keçirilib

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində təhsil alan şagirdlərlə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə danışan RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev və digər çıxışçılar narkomaniyanın səbəb olduğu fəsadlarla bağlı ətraflı məlumat veriblər. Şagirdlərə bu bəladan uzaq olmağı, mükəmməl təhsilə yiyələnməyi və sağlam həyat yaşamağı tövsiyə ediblər. Sonda maraq doğuran suallar cavablandırılıb.

Read More