Region Xəbərləri 

Ağcabədidə məktəblilərlə görüş keçirilib

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində təhsil alan şagirdlərlə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə danışan RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev və digər çıxışçılar narkomaniyanın səbəb olduğu fəsadlarla bağlı ətraflı məlumat veriblər. Şagirdlərə bu bəladan uzaq olmağı, mükəmməl təhsilə yiyələnməyi və sağlam həyat yaşamağı tövsiyə ediblər.

Sonda maraq doğuran suallar cavablandırılıb.

Daha çox xəbərlər