Region Xəbərləri Təhsil 

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahanlarının nəticələri uğurlu olub

Bərdə Tələbə Hazırlıq Kursunun ilk buraxılış imtahanlarının nəticələri barədə Media1.az-a daxil olan məlumata görə , tədris müəssisəsinin cari ili uğurlu olub. Kursun yetirmələri yüksək nəticələr göstərməklə rayon təhsilində fərqləniblər. Bərdə Tələbə Hazırlıq Kursunun peşəkar və bacarıqlı müəllimlərinin gərgin zəhməti sayəsində burada tədris prosesində iştirak edən şagirdlər yüksək nəticələr əldə edib. Belə ki, Məmmədzadə Zülfiyyə 285,2, Məmmədzadə Zeynəb 285,3, Çıraqov Ülvi 276 bal yığaraq təhsildə fərqlənənlərdən olublar.

Read More
Region Xəbərləri 

Mühüm Əməkdaşlıq İstiqaməti

Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir deyə bilərik. Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də Azərbaycana qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır..…

Read More
Region Xəbərləri 

Əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfər etdi. Bu səfər bir daha Azərbaycanın xarici siyasətində Afrika ölkələri ilə faydalı əməkdaşlığın əsas yer tutduğunu təsdiqlədi Səfərin ilk anından məmnunluğunu ifadə edən Konqo Prezidenti bildirdi ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq: “Mən Prezidentə səmimi-qəlbdən təşəkkür etmək istərdim ki, bizi dəvət edərək bu rəsmi səfəri reallaşdırmaq üçün bu şəraiti yaradıb. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Cənab Prezident, mən bu…

Read More
Region Xəbərləri Təhsil 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbdə “Yaşıl sinif”layihəsinə start verildi.

A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbdə “Yaşıl sinif”layihəsinə start verildi.”Yaşıl sinif”də şagirdlərin əl işlərindən ibarət sərgi,foto stend,rəsm sərgisi təşkil olunmuş,şagirdlərə dibçək güllərin əkilməsi öyrədilib.Məktəbin direktoru G.Əliyeva şagirdlərə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan edilməsinin əhəmiyyətini izah etdi.Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Read More
Region Xəbərləri Təhsil 

Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8 -ci ildönümü münasibətilə anım tədbir keçirilib VİDEO

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverünliyimiz uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Səbinə Yusifova tədbiri açılış nitqi ilə başlayaraq, bütün şəhidlərə Allahdan rəhmət dilədi. Tədbirdə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Ziya Həsənov və Səbuhi Musayevin əzizləri və digər şəhid ailəsi üzvləri, qazilər,müharibə veteranları,rayon içtimayəti iştirak ediblər. Çıxış edənlər onu da qeyd ediblər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu.44 günlük Vətən müharibəsində qazanılan qazanılan böyük qələbəyə yaradıb. Aprel döyüşlərində iştirak etmiş qazilər və…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında “Aprel qələbəsi Zəfər yolunun başlanğıcıdır!” adlı tədbir keçirilmişdir.

YAP Bərdə rayon təşkilatı 2016-cı il Aprel döyüşlərinə və Aprel Qələbəsinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla YAP fəalları, şəhid anaları, ailələri və tədbir iştirakçılarından bir qrupu Bərdə şəhərində Aprel şəhidlərinin uyuduğu “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, oraya əklil qoyaraq bütün şəhidlərin əziz xatirəsinə ehtiramılarını bildirmişlər. Sonra Vətən müharibəsi zamanı Ermənistanın atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş dunc mülki şəhidlərimizin xatirəsinə salınmış guşə ziyarət olunmuş, önünə tər güllər düzülmüşdür. Tədbirdən öncə iştirakçılara Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektoru, rayon UGİM və Qarabağ…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda abadlıq-quruculuq işləri görülür VİDEO

Bərdə rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi tədbirlərin görülməsi davam etdirilir. Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilərin salınması, deformasiyaya uğrayan səki yenilənməsi, asfalt örtüyünün salınması və digər abadlıq-quruculuq işləri aparılır. Hazırda şəhərin Şəhid Elməddin Hüseynzadə küçəsində 1.3 km uzunluğunda daxili yolun asfaltlanaraq vətəndaşların istifadəsinə verilməsi istiqamətində işlər davam etdirilir.

Read More