Azərbaycan çoxtərəfliliyə sadiqdir
Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması xarici siyasət uğurlarımızın əsas tərkib hissəsidir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatsa da müzakirə edilən məsələlər, səsləndirilən çağırışlar, ümidlər ölkə və dünya mətbuatında geniş şərh olunur, Azərbaycanın artan nüfuzu təqdir edilir. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldı. 100-dən çox ölkədən 700 qonaq iştirak etdi. Tədbirdə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış…
Read More