Bölgə Region Xəbərləri 

Bu gün Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın tərkibi müəyyənləşdirilmişdir

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev və rayonda idarə, müəssisə və təşkilatların bir qrup xanım əməkdaşları iştirak etmişlər. Rayon rəhbəri çıxış edərək İcra Hakimiyyəti yanında Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın yaranmasının əsas məqsədləri və qarşıdakı planlar haqqında danışaraq, bildirmişdir ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. “Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial…

Read More
Region Xəbərləri 

44 günlük Vətən müharibəsi şəhidlərinin üçüncü ildönümü mərasimi keçirilmişdir

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Ədilov Səid Həsən oğlunun üçüncü ildönümü, Mehdizadə Mirpaşa Yaqub oğlunun və Quliyev Aqil Mətləb oğlunun doğum günü münasibətilə xatirələri yad olunmuş, məzarları üzərinə tər gül dəstələri düzülmüşdür. Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, məktəblilər, rayon sakinləri iştirak etmişlər. Mərasimdə çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük haqq savaşında əldə etdiyi uğurlardan, eyni zamanda sentyabrın 19-20-də Qarabağda aparılan “antiterror əməliyyatları”nda ölkəmizin…

Read More
Bölgə Region Xəbərləri 

Bərdədə “Ulu Öndər və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib -VIDEO

Milli-mənəvi dəyərlərmizə olan qayğı bütün ölkə ərazisini əhatə etdiyi kimi rayonumuzda da 1322-ci ildə dahi Azərbaycan memarı Əcəminin yetirməsi olan Əhməd bin Əyyub əl Hafiz tərəfindən inşa edilmiş,xalq arasında “Nüşabə qalası”və ya “Allah,Allah”türbəsi kimi tanınan Bərdənin tarixi simvolu sayılan türbədə 2018-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb.Abidənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib.Burada 427 kvadrat metr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib.Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılaraq xalqın istifaəsinə verilmişdir. Bölgəmizdə mədəni irsin qorunub saxlanılması,yenidən qurulması işində Azərbaycan…

Read More
Region Xəbərləri 

Bu gün Bərdə Rayon İcra Hakimiyyətində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri və üzvləri ilə BMT-nin Əhali Fondunun ekspertləri arasında görüş keçirilmişdir.

BMT-nin Əhali Fondu Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” adlı gender əsaslı zorakılıq (GƏZ) üzrə işlərin idarə olunması sisteminin gücləndirilməsinə həsr olunmuş dördillik qlobal proqramın hayata keçirir. Layihənin əsas məqsədi GƏZ-lə bağlı işlərin idarə edilməsi üzrə kadr potensialının artırılması və mövcud sistemin təkmilləşdirilməsi yolu ilə gender əsaslı zorakılıq qurbanları üçün keyfiyyətli xidmətlərin davamlılığını və əlçatanlığını təmin etməkdən ibarətdir. Layihənin ilk mərhələsində həyata keçirilən əsas addımlar gender əsaslı…

Read More
Region Xəbərləri 

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır

Ökəmiz növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi etdi. Belə ki, cari il noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü təşkil etdi. Cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan…

Read More
Region Xəbərləri 

Yeni təşəbbüslərlə çıxış edən ölkəyik!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanları dünyaya təqdim edir. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev digər çıxışlarında olduğu kimi, bu Zirvə görüşündə də Azərbaycanın müstəqil siyasətinin uğurlarından bəhs etdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizin təmin edilməsində əsasdır. Ölkəmizin son 20 ildə qazandığı iqtisadi uğurlar əsaslı şəkildə diqqətə çatdırıldı. Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda cənab İlham Əliyev…

Read More
Region Xəbərləri 

25 noyabr – Kəlbəcər şəhəri günü

Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər! Bu sözlər həssas, kövrək, eyni zamanda vətənpərvər ruhlu, kəlbəcərlilərin 27 illik kədərinin, nisgilinin bir ümidli sədası oldu. Təbiəti zəngin, torpağı min bir nemətli, bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu adlandırılan, İstisuyun vətəni Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində…

Read More
Region Xəbərləri 

Qəhrəmanlı kəndində rayon İcra Hakimiyyəti başçısı­nın səyyar qəbul-gör­üşü keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyətinin başçıs­ı, hüquq-mühafizə or­qanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatları­nın rəhbərləri və kə­nd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyə­tinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respubli­kasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qə­bul-görüşlərin vətən­daşları narahat edən məsələləri bilavasi­tə yerdə öyrənmək və onların həllini təm­in etmək olduğunu bi­ldirdi, ölkəmizdə, rayonumuzda və Qəhrəmanlı kəndində həyata keç­irilən tədbirlər, gö­rülən işlər barədə qısa məlumat verdi. Son illərdə İnzibati ərazi dairəsinin bü­tün kəndləri qazlaşd­ırılıb, kənddə hər bir evə içməli su çəkilib, 0.6 km kəndarası yol asfatlaşdırılmışdır. Qəhrəmanlı kəndində pay torpaqlarının suvarılması üçün istifadə olunan…

Read More
Region Xəbərləri 

Dövlət Xidmətinin rəisi Bərdədə vətəndaş qəbulu keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov noyabrın 24-də Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın, Xocalı və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Qəbulda 40 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, Vətən müharibəsində iştiraka görə təltif olunma, şəhid və şəhid ailəsi statusunun verilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi…

Read More
Region Xəbərləri 

Bu gün Bərdədə “dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1 tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aparatın inzibati binasında 22.11.2023-cü il tarixində “dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri,…

Read More