Təhsil 

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü – 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyunun 1-də keçirilib. Modern.az xəbər verir ki, I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir. Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun – cümə gününə qədər yekunlaşacağı ehtimal edilir. Məlumat üçün bildirək ki, əvvəlki illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində…

Read More
Təhsil 

Valideynlər, iyunun 21-dən başlayır

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata başlanılır. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. Onun sözlərinə görə, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək: “Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər. Proses eyni qaydada sentyabrın 12-dək davam edəcək. Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir”.

Read More
Təhsil 

Valideynlərin NƏZƏRİNƏ: İyunun 21-dən…

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək: “Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər. Proses eyni qaydada sentyabrın 12-dək davam edəcək. Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir”.//AZƏRTAC

Read More
Təhsil 

Minlərlə azərbaycanlı tələbənin taleyi sual altında

Ekspert: “Ölkədə 10 mindən çox tələbənin xaric olunması sistemin zəifliyidir” Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunur. “Bakı-Xəbər” yazır ki, həmin tələbələr təhsildən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılır. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12″ jurnalında qeyd olunur ki, Azərbaycanda 10…

Read More
Təhsil 

Atasının yolu ilə gedəcək – Ən yüksək balı toplayanların yaxınları DANIŞDI

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib. Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən…

Read More
Təhsil 

13 nəfər qəbul imtahanından xaric olundu

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Eyni zamanda, qeyd olunub ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın…

Read More
Təhsil 

Yüksək Təhsil İnstitutuna direktor təyin edildi

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyinat olub. Bu barədə AzTU məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Aynurə İsmayılova təyinat alıb. A.İsmayılova bu təyinatdan əvvəl AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakülətəsinin bakalavr və magistr səviyyələri üzrə məzunu olan Aynurə İsmayılova 2021-ci ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adını alıb, layihələrin idarəedilməsi üzrə IPMA B dərəcəli sertifikata malikdir. 2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Prezidenti…

Read More
Təhsil 

Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR

Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib. Bu barədə Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb: “Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə…

Read More
Təhsil 

300 bal toplayan 9-cuların FOTOLARI

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrini elan edib. İmtahan iştirakçıları arasında 9 nəfər maksimal olan 300 balı toplamaqla ən yüksək nəticəni göstərib. Onların fotolarını təqdim edir: Abdullayev Şaiq Namiq oğlu – Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəb Eyvazlı Tunar Coşğun oğlu – Salyan şəhər 2 saylı tam orta məktəb Babayeva Qızyetər Famil qızı – Qax rayonu Güllük kənd tam orta məktəbi Musayeva Şəms Musa qızı – Kəlbəcər rayonu 56 saylı tam orta məktəb Əsgərova Mədinə Tural qızı – Bakı şəhəri…

Read More
Təhsil 

Rayon qızları evin 3 addımlığındakı universitetdə niyə oxumaq istəmir?

“Rayonlardakı ali təhsil müəssisələrini seçən abituriyentlər, adətən, daha aşağı balla universitetə qəbul olunanlar olur”. Bunu “Yeni Sabah”a təhsil eksperti Cahid İmanlı deyib. O, Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-2025-ci tədris ili üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunanlara dair statistikanı şərh edib. Həmin statistikaya əsasən, tələbələrin 82.24%-i (22.769 nəfər) Bakıdakı universitetlərə və yalnız 17.76%-i (4.918 nəfər) regionlardakı ali məktəblərə üz tutub. Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 84.96% (22 127 nəfər) və 15.04% (3 916 nəfər) olub. Regionlardakı ali təhsil müəssisələrinə maraq niyə yoxdur? Rayondan…

Read More