Təhsil 

Qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq

Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və materialların emalına başlanılacaq. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Read More
Təhsil 

“Allahınız varsa, bu imtahanları sadələşdirin!” – Baş redaktor Məleykə Abbaszadəni cinayətdə suçladı

“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar Tanınmış jurnalist, siyasi analitik Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barəsində maraqlı və tənqidi yazı ilə çıxış edib. O, yalnız ictimai tənqidə yox, cinayət məsuliyyəti və hüquqi araşdırma zərurətinə diqqət çəkib. Şahsuvarlı bildirib ki, artıq DİM rəhbərliyinə sualları jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir. Taleh Şahsuvarlı qeyd edir ki, DİM-in hazırkı qiymətləndirmə sistemi təhsili yox, test texnologiyasını ölçür və bu, məktəbi, müəllimi və ümumiyyətlə, təhsil sistemini kölgədə qoyur. Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki,…

Read More
Təhsil 

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunubFOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində magistratura səviyyəsinə qəbulla bağlı qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə rektor, professor Ədalət Muradov, dekanlar və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 57 ixtisaslaşmaya, UNEC Biznes Məktəbində MBA proqramı çərçivəsində 17 ixtisaslaşmaya qəbulun aparılacağı qeyd edilib. Həmçinin bəzi ixtisaslaşmalarda yeniliklərin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, UNEC-də magistratura təhsili almaq istəyənlər üçün geniş imkanlar mövcuddur. Əmək fəaliyyəti ilə məşğul olanlara təhsil almaq imkanı yaradılması məqsədilə dərslərin axşam saatlarında təşkil edildiyi, bir sıra ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçdiyi,…

Read More
Təhsil 

UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilibFOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BİRİM” – Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik adlı innovativ forum keçirilib. Tələbə rektor Nihad İsgəndərovun təşəbbüsü ilə təşkil olunan forumun əsas məqsədi gənclərə müasir dövrdə biznesin rəqəmsallaşması, süni intellekt texnologiyalarının inkişafı, startap ekosistemləri və intellektual əməkdaşlıq sahələrində yeni baxışlar qazandırmaq olub. Nihad İsgəndərov forumun açılışında çıxış edərək bildirib ki, tədbir çərçivəsində iştirakçılar müasir biznes və texnologiya dünyasının ən son trendləri ilə tanış olmaq, müxtəlif sahələr üzrə tanınmış ekspertlərlə birbaşa ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün mühüm şəbəkələr formalaşdırmaq imkanı əldə edəcəklər. Sonra peşəkar spikerlər…

Read More
Təhsil 

Qəbul imtahanı gərgin olacaq: Abituriyentlərin DİQQƏTİNƏ!

Artıq qəbul imtahanlarına sayılı günlər qalır. Yeni həyatlarına addım atmağa hazırlaşan abituriyentlər biliklərini blok imtahanlarında yoxlayacaqlıar. İmtahana hazırlaşan namizədlər ən çox nələrə diqqət etməlidirlər? Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) lent.az-a açıqlamasında bildirib ki, abituriyentlər son günlərdə DİM-ə məxsus test tapşırıqlarını daha çox işləməlidirlər: “Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri üçün qəbul imtahanının birinci mərhələsi hesab olunan buraxılış imtahanında əvvəlki illərin məzunları ilə birlikdə 130 mindən çox abituriyent iştirak etdi. Mayın 25-i II və III, iyunun 1-də isə I və IV ixtisas qruplarına birinci cəhd blok imtahanı keçiriləcək. Həmçinin iyunun 1-də dil-tarix…

Read More
Təhsil 

Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ

“2025-ci ildə buraxılış imtahanlarında iştirak edən orta statistik 11-ci sinif şagirdinin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”. ARANTV.AZ  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna…

Read More
Təhsil 

İmtahanlar yaxınlaşır, bu elanlara aldanmayın…

Sosial şəbəkələrdə saxta hesablar vasitəsilə  universitetlərdə kəsirlərin düzəldilməsi və hətta qəbul  imtahanında balların artırılması kimi çağırışlar artıb “Qəbul imtahanında az bal toplamaqdan qorxursansa, bizə müraciət et, balını artıraq”. Qəbul imtahanları dönəmində sosial şəbəkələrdə tez-tez belə elanlara rast gəlmək mümkündür. Bir qrup şəxs az bal toplamış abituriyentlərin ballarını artıracaqları vədi ilə onların valideynlərini inandırmağa çalışırlar. İddialara görə, həmin şəxslər bu işi yüksək məbləğ müqabilində görürlər. İmtahan nəticələrinə sistemli şəkildə müdaxilə etmək Azərbaycanda faktiki olaraq mümkün deyil. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları, buraxılış, magistratura və doktorantura imtahanları mərkəzləşdirilmiş, rəqəmsallaşdırılmış…

Read More
Təhsil 

İki məktəbin direktoruna ŞİDDƏTLİ TÖHMƏT

Bakıda iki məktəb direktoruna şiddətli töhmət verilib. Bu barədə Musavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.

Read More
Təhsil 

İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verildiFOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq həftəsi”nə (Employability Week) start verilib. UNEC-lə əməkdaşlıq çərçivəsində “Synergia Academy”nin təşəbbüsü, Karyera Mərkəzinin təşkilaçılığı və “Pasha Group”a daxil olan 12 nüfuzlu şirkətin iştirakı ilə həyata keçirilən “Məşğulluq həftəsi” sonuncu kurs tələbələrinin məşğulluğunun təmin olunması istiqamətində geniş imkanlar yaradacaq. Həftə ərzində UNEC tələbələri iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak etməklə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, seçilmiş tələbələr üçün müsahibə mərhələləri də təşkil olunacaq. Tədbirin açılış…

Read More
Təhsil 

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunaca

Bu gün Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq. Bu barədə Musavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir. IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayacaq. IV sinif şagirdlərinə tədris dili fənni…

Read More