Şəhid polkovnikin adı dərsliklərdən niyə çıxarılıb? – RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir müddət öncə Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva redaksiyamıza müraciət edərək narazılığını bildirib. O, şəhidin adının tarix dərsliklərindən çıxarıldığını iddia edib və məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib. Yenisabah.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən daxil olan rəsmi cavabda qeyd olunub ki, polkovnik Vüqar Yusifovun adı dərsliklərdən çıxarılmayıb. Qurumun açıqlamasında deyilir: “Bildiririk ki, “Azərbaycan tarixi 5” dərsliyindən Vüqar Yusifovun adı çıxarılmamış, sadəcə olaraq həmin dərsliyin istifadə müddəti 2024-cü ildə başa çatmışdır.…
Read More