UNEC ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında memorandum imzalanıbFOTO
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Talıb Cəfərov, universitetin və mərkəzin əməkdaşları iştirak ediblər. Memorandumun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulması, birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsidir. Memorandum çərçivəsində elmi konfransların, dəyirmi masaların və digər akademik tədbirlərin, layihələrin təşkili, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və digər mətbu nəşrlərin hazırlanması, rəqəmsal ekspertiza və kiber təhlükəsizlik kimi sahələrdə birgə fəaliyyət, həmçinin müasir tədris…
Read More