Təhsil 

“Repetitorluğun qarşısını bu yollarla almaq mümkün deyil”

“Kobud bir misal var: qarşıqla verirsən, amma çömçə ilə istəyirsən. Sual olunur, məktəblərdə imtahana salınan suallara uyğun bilik və bacarıq verə bilirik? Bunlar nəzərə alınmalıdır. Gücümüz buna çatır, ona görə də sualları da qaşıqla istəməliyik”. Bunu TV Müsavat-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır: “Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb. Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu, bir tərəfdən, məktəbi, digər…

Read More
Təhsil 

İmtahan cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. Bu barədə Musavat.com-a DİM-dən bildirilib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 19-da olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil…

Read More
Təhsil 

Buraxılış imtahanını verib məktəbə davam absurdu

Kamran Əsədov: “Buraxılış imtahanlarının tədris ilinin bitməsindən bir neçə ay əvvəl keçirilməsi ilə bağlı qanunda  aydın mexanizm yoxdur” Məktəblilər və onların valideynləri təhsil sisteminin eksperimentlər meydanına çevrilməsinə çoxdan öyrəşiblər. Ancaq bəzi məqamlar hələ də çoxları üçün suallar yaradır. Məsələn, niyə buraxılış imtahanları martın əvvəlində keçirilir, tədris ili isə iyunun 14-dək davam edir? Bu il tam (11 illik) orta təhsil pilləsinin bəzi məzunları imtahanları martın 2-də veriblər. İmtahan protokollarının emalına martın 3-dən başlanılıb və yekun nəticələrin növbəti 6 həftə ərzində elan edilməsi planlaşdırılır. Qalan məzunlar (təxminən 59 min nəfər) martın 9-da…

Read More
Təhsil 

DİQQƏT: Bu ixtisaslar üzrə keçid balı artacaq

Qarşıdan gələn qəbul imtahanları abituriyentlər və onların valideynləri üçün həyəcanlı bir dövrün başlanğıcını bildirir. Statistikaya görə, son illərdə ölkənin ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında artım müşahidə olunur. Belə ki, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul olunub. 2005-ci və 2017-ci illərlə müqayisədə qəbul sayı müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Bəs builki qəbul imtahanlarında hansı yeniliklər gözlənilir? Musavat.com bildirir ki, təhsil eksperti Kamran Əsədov bu il qəbul imtahanlarında bəzi ixtisaslar üzrə keçid ballarının artacağını deyib. Ekspert qeyd edib ki, bu il…

Read More
Təhsil 

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. ARANTV.AZ  xəbər verir ki, imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur. Belə ki, həmin gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil…

Read More
Region Xəbərləri Təhsil 

“8 Mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi.

F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə 8Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Şagirdlər “Beynəlxalq Qadınlar günü” ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagen sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın…

Read More
Təhsil 

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Martın 9-u Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək. Bu barədə Musavat.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahana…

Read More
Təhsil 

65 nəfərin diplomu tanınmadı

Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə diplom tanınması ilə bağlı müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Musavat.com-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, “Açıköğretim” təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması…

Read More
Təhsil 

Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB

Artıq 8 Mart – Beynəlxalq Qadınlar Gününə cəmi iki gün qalıb. Hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığımı məsələsi geniş müzakirə olunur. Sosial şəbəkələrdə və valideynlər arasında bəzi təhsil ocaqlarında bayram münasibətilə məcburi pul yığılması ilə bağlı müxtəlif şikayətlər səslənir. Valideynlərdən bəziləri iddia edir ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən təzyiqlə qarşılaşıblar. Elm və Təhsil Nazirliyi isə dəfələrlə belə halların yolverilməz olduğunu vurğulasa da, görünən odur ki, məsələnin tam qarşısını almaq hələ də mümkün olmayıb. Yenisabah.az xəbər verir ki, hazırda məktəblərdə başqa bir diqqətçəkən proses də…

Read More