Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“”Pul qarşılığında balınızı artırarıq” kimi vədlər cəmiyyətin təhsil sisteminə birbaşa zərbə vurur”

By Vüsal Rafiqoğlu
08.04.2025 3 Min Read

Son dövrlərdə sosial şəbəkələrdə imtahanlarda az bal toplayan şəxslərə maraqlı, lakin şübhəli təkliflər edildiyi müşahidə olunur. Belə ki, bəzi şəxslər tələbə və abituriyentlərə pul qarşılığında imtahan ballarını artıra biləcəklərini vəd edirlər.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Toplanılan balların artırılmasına müdaxilə mümkündürmü?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, sosial şəbəkələrdə abituriyentlərə və imtahan verən tələbələrə “pul qarşılığında balınızı artırarıq” kimi vədlərlə edilən müraciətlər cəmiyyətin təhsil sisteminə olan etibarına birbaşa zərbə vurur. Bu cür çağırışlar və saxta vədlər ilk növbədə iki məsələni gündəmə gətirir: birincisi, ictimaiyyət arasında imtahan sisteminin güvənliyinə dair formalaşmış şübhə, ikincisi isə imtahan nəticələrinin manipulyasiya oluna bilməsi ilə bağlı texniki və ya institusional zəiflik ehtimalları:

""Pul qarşılığında balınızı artırarıq" kimi vədlər cəmiyyətin təhsil sisteminə birbaşa zərbə vurur"“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti qanunvericiliklə ciddi şəkildə tənzimlənir və bu qurum “Təhsil haqqında” və “Dövlət qulluğu haqqında” qanunların 22-ci maddələrinə əsasən, mərkəzləşdirilmiş, şəffaf və obyektiv qiymətləndirmə aparmaqla məsuldur. DİM-in texniki bazası — optik oxuyucular, şifrələnmiş cavab kartları, avtomatlaşdırılmış nəticə sistemləri və xüsusi təhlükəsizlik protokolları ilə təchiz olunmuşdur. Bütün bu mexanizmlər texniki müdaxiləyə qarşı ciddi mühafizə sistemləri ilə qorunur və rəsmi statistikaya əsasən, son 5 ildə imtahan nəticələrinin saxtalaşdırılması və ya qeyri-qanuni dəyişdirilməsi ilə bağlı fakt qeydə alınmayıb.

Buna baxmayaraq, bu tip saxta vədlərin sosial şəbəkələrdə yayılması göstərir ki, ictimai narahatlıq və texnoloji savadsızlıq bu fırıldaqçılara fürsət verir. Bu hallar daha çox insanların məlumatsızlığı, imtahan sisteminə dair psixoloji narahatlığı və uğursuzluq qorxusu üzərindən manipulyasiya olunur. DİM-in sisteminə kənardan müdaxilə etmək, və ya “bal artırmaq” real texniki baxımdan mümkün deyil — çünki nəticələr avtomatik sistemdə, kodlaşdırılmış şəkildə oxunur, serverlərə giriş yalnız səlahiyyətli şəxslərə məxsusdur və loqlar daim izlənilir.

Məsələnin daha dərinə getməsi üçün onu da qeyd etmək lazımdır ki, imtahan ballarının dəyişdirilməsi yalnız texniki baxımdan deyil, hüquqi baxımdan da ciddi cinayət məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinə əsasən, rəsmi sənədlərin saxtalaşdırılması və ya bu yolla hüquqların əldə olunması halları cinayət tərkibli əməl sayılır və azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Bu səbəbdən belə vədlərə aldanan abituriyent və ailələr yalnız pullarını itirmir, həm də hüquqi məsuliyyətə cəlb olunma riski ilə üz-üzə qala bilərlər.

Müsbət tərəf ondan ibarətdir ki, DİM belə hallarla mübarizə üçün ictimai maarifləndirmə aparır, hər il imtahan öncəsi və sonrası sosial şəbəkələrdə saxta elanlara qarşı xəbərdarlıqlar yayır. DİM-in rəsmi kanalları, imtahan nəticələrinin şəffaf şəkildə elan olunması, apellyasiya mexanizmlərinin mövcudluğu və ictimai müşahidəçilərin iştirakı sistemi daha güvənli edir. Həmçinin, nəticələr yalnız rəsmi portalda və şəxsi identifikasiya nömrəsi ilə elan olunur, bu da kənar manipulyasiyanı istisna edir.

Dünya təcrübəsinə nəzər saldıqda isə analoji problemlərlə bir çox ölkələrdə də qarşılaşılır. Məsələn, Hindistanda və Pakistanda imtahan fırıldaqları səbəbilə hər il minlərlə şəxs saxlanılır, bir çox hallarda yüksək vəzifəli şəxslərin bu hallarda iştirakı aşkarlanır. ABŞ-da SAT və GRE kimi beynəlxalq test sistemlərində saxtakarlıq halları qeydə alındıqda dərhal hüquqi proses işə düşür və diplomlar, imtahan nəticələri ləğv olunur. Azərbaycanda isə hüquqi mexanizmlər olsa da, bu cür fırıldaq şəbəkələrinin ifşa olunması üçün hüquq-mühafizə orqanlarının və KİV-lərin aktiv iştirakı zəruridir.

Nəticə olaraq, “pul ver, balını artıraq” kimi təkliflər DİM-in və ümumiyyətlə təhsil sisteminin real texniki zəifliyinə deyil, psixoloji təzyiqlərin və maarifləndirmə boşluğunun istismarına əsaslanır. Təhsil sisteminin ictimai güvəni daha da artırması üçün bu cür fırıldaqçılıq hallarına qarşı inzibati və cinayət məsuliyyəti tədbirləri ilə yanaşı, valideynlər və abituriyentlər arasında maarifləndirmə gücləndirilməlidir. Gələcəyini zəhmətlə quran insan heç vaxt onu bir yalanın üstündə inşa etməməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?

Next

Elnur Musayev yüksək vəzifəyə təyin olundu – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv