“8 Mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi.
F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə 8Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Şagirdlər “Beynəlxalq Qadınlar günü” ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagen sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın…
Read More